Azərbaycanla Böyük Britaniya arasında ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub
Azərbaycanda işgüzar səfərdə olan Böyük Britaniyanın İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının regional səfiri Devid Moranla ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq istiqamətləri, iqlim dəyişmələri sahəsində qlobal səylərin vacibliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb, perspektivlər müzakirə olunub.