FinansSorğuTəqdimat

Azərbaycanlıların ən çox danışdığı və müzakirə etdiyi mövzu-Sorğu

Azərbaycanlıların ən çox danışdığı və müzakirə etdiyi mövzulardan biri də puldur. “Nə qədər maaş alırsan ? “Pulunu nəyə xərcləyirsən ?” tipli sualları tez-tez eşitməli oluruq. Bəs görəsən Bakı sakinləri “əl çirki” saydıqları pulu nə üçün yığır ?

Rəyi öyrənilən sakinlərin üçdə biri pul yığdığını bildirib (31 %). Onlar pulu əsasən gələcəklərini sığortalamaq üçün yığdıqlarını bildirib (30 %). Respondentlərin dörddə biri isə “Ehtiyat igidin yaraşığıdır” prinsipi ilə pul yığır (26 %). Yığdığı pula yay istirahətini planlaşdıranlar da az deyil (17 %). Mənzil sahibi olmaq istəyənlər və övladlarının gələcəyi üçün pul yığanlar da siyahıda yer alıblar ( hər biri 14 %). 12 % respondent şəxsi tələbatını ödəmək üçün pul yığdığını bildirib. Pul yığan respondentlərin hər onundan biri pulu avtomobil almaq üçün yığdığını bildirib (10 %).

Maraqlı məqam odur ki, pul yığanların əksəriyyəti əsasən 18-24 yaş aralığında olan gənclərdir (55 %). Ahıl insanlar (65 və daha yuxarı yaş qrupu) isə əksinə, pul yığmaqda maraqlı deyil (17 %).

Sorğu 19 aprel – 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

#ACTAzərbaycan #ACTAzerbaijan #Research #Survey

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!