IdmanTəqdimat

Bədii Gimnastika üzrə dünya kubokuna az qaldı

Dünyanın bir çox ölkəsindən ən zərif idman növünün nümayəndələri öz məharətlərini nümayiş etdirmək üçün bu dəfə də Milli Gimnastika Arenasına toplaşacaqlar.
Yarışlarda 19 ölkədən 92 gimnastın iştirak edəcəyi gözlənilir. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək.
Ölkəmizi bu turnirdə Olimpiya Oyunlarının finalçısı, İlk Avropa Oyunlarının gümüş, Avropa Çempionatının çoxnövçülük üzrə bürünc medalçısı Marina Durunda, yeniyetmələr proqramında Avropa Çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, həmçinin Avropa Çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.
Yarışların ilk iki günü baş tutacaq təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.
Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda
Aleksandra Soldatova (Rusiya) – 2 qat Dünya Çempionu və Avropa Çempionu;
Zelikman Nikol (İsrail) – Avropa Çempionatının bürünc mükafatçısı;
Qrup hərəkətləri komandaları:
Rusiya – Olimpiya Oyunlarının qızıl medalçısı;
İspaniya – Olimpiya Oyunlarının gümüş medalçısı;
Bolqarıstan – Olimpiya Oyunlarının bürünc medalçısı;
Belarus – Dünya Çempionatının bürünc mükafatçıları iştirak edəcəklər.
Turnirə biletləri Arenanın kassasından, “Bazarstore” mağazalar şəbəkəsinin Xətai və “28 mall” filiallarından əldə edə bilərsiniz. Biletlərin qiyməti təsnifat günləri üçün 5, 8, 12, final günləri üçün isə 10, 15, 20 manat təşkil edir.
Yarışların başlama vaxtı: 12:00
Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!