Bəhreyn hökuməti Formula 1 işçilərini peyvənd etməyi təklif edib
Bəhreyn hökuməti Formula 1 işçilərini və komanda üzvlərini koronavirus peyvənd proqramına daxil etməyə hazır olduğunu açıqlayıb.
“The Race”ə istinadla xəbər veririk ki, hazırda krallıqda beş koronavirus peyvəndi mövcuddur. Çempionatda iştirak edənlərin əksəriyyəti üç həftə Bəhreyndə olacaq. Burada əvvəlcə test yarışları, sonra Qran-Pri olacaq.
Məlumatda o da vurğulanıb ki, Formula 1 rəhbərliyi Bəhreyn hökumətinin təklifini qəbul etməyib.