BAKI 2019 15-Cİ AVROPA GƏNCLƏR YAY OLİMPİYA FESTİVALI MƏTBUAT İŞÇİLƏRİ ÜÇÜN AKKREDİTASİYA PROSESİNİ AÇIQ ELAN ETDİ
Bu gün, 1 Aprel 2019, Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalı Təşkilat Komitəsi iyul ayının 21-dən 27-dək Bakıda keçiriləcək 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı üçün media nümayəndələrinin akkreditasiyası prosesini açıq elan etmişdir.
Bakı 2019 festivalında iştirak etmək istəyən media nümayəndələri eyofbaku2019.com saytının Media bölməsinə daxil olaraq qeydiyyat prosesi barədə ətraflı məlumat əldə edə və akkreditasiyaya müraciət edə bilərlər. (https://eyofbaku2019.com/az/page/media-accreditation) Burada, həmçinin, media nümayəndələrinə akkreditasiyadan keçməklə bağlı qoyulan tələblər, eləcə də, oyunlar müddətində onlar üçün yaradılan şərait və təklif olunan xidmətlər barədə ətraflı məlumat öz əksini tapmışdır.
Onu da qeyd edək ki, media nümayəndələri dedikdə yazılı mətbuat, fotoqraflar və rəsmi yayım hüququ olmayan televiziya və radio şirkətləri nəzərdə tutulur. Media xidmətləri barədə daha ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz. (https://eyofbaku2019.com/az/page/press-operations)
Müraciət üçün son tarix 15 may 2019-cu il tarixidir və həmin tarixdən sonra ediləcək heç bir müraciət qəbul olunmayacaq. Daha ətraflı məlumat üçün pressoperations@eventoc.az elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
Frame.az