IdmanTəqdimatƏyləncə

“BAKI-2019” XV AVROPA GƏNCLƏR YAY OLİMPİYA FESTİVALINA 25 GÜN QALDI

İyunun 26-da Dənizkənarı Milli Parkda “Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının başlanmasına 25 gün qalması münasibətilə fitness sessiya təşkil edilib.

Ən aktiv iştirakçılara AGOF “Bakı-2019”un rəsmi tərəfdaş və dəstəkçiləri tərəfindən xüsusi hədiyyələr təqdim olunub. İştirakçılara AZAL-dan xüsusi suvenirlər, AZƏRÇAY-dan xüsusi çay bağlaması, eləcə də iTicket tərəfindən açılış və bağlanış mərasimlərinə bilet hədiyyə olunub.

Tədbirin əsas məqsədi əhalinin Festival haqqında məlumatlılığını artırmaq, eləcə də gəncləri idmana və sağlam həyat tərzinə dəvət etməkdir.

“Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı könüllülərinin ulduz səfirləri də tədbir zamanı hamını yarışlara dəvət edib və yarış iştirakçılarına azarkeşlik ediblər.

Paytaxt sakinləri və şəhərimizin qonaqları tərəfindən maraqla qarşılanan tədbir Dj-lərin musiqisi ilə davam edib.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü – gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!