Bakı finalına xarici ölkələrdən böyük maraq
Bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyunu ölkəmiz üçün xarici ölkələrin vətəndaşlarının böyük maraq göstərməsi baxımından da əlamətdar olacaq.
Finala yüksələcək komandalar üçün nəzərdə tutulmuş 12 min + 4 min (hər bir finalçı üçün 6 min bilet nəzərdə tutulub, finala yüksələcək komandaların istəyinə uyğun olaraq hər biri üçün daha 2 min bilet əlavə oluna bilər) biletdən əlavə, UEFA tərəfindən onlayn satışa çıxarılmış 21 min 500 ədəd bilet məhz 100-dən artıq müxtəlif xarici ölkənin vətəndaşları tərəfindən alınıb. Bundan başqa, UEFA-nın tərəfdaşları, sponsorları üçün də ayrılmış 3 mindən çox bilet Azərbayan vətəndaşı olmayan şəxslər tərəfindən əldə olunub.
Frame.az
Ülviyyə