“Bakı Fond Birjası”nın nümayəndə heyəti Özbəkistana səfər edib
16-19 aprel 2024-cü il tarixlərində “Bakı Fond Birjası”nın nümayəndə heyəti Özbəkistan Respublikasına işgüzar səfər edib.
Səfər zamanı “Bakı Fond Birjası”nın nümayəndə heyəti “Toshkent” Respublika Fond Birjasının nümayəndələri ilə görüşüb. Görüş zamanı regional birjalar tərəfindən istifadə edilən müxtəlif ticarət sistemlərinin icmalı, Bakı Fond Birjasının yeni ticarət platformasına keçid təcrübəsi və hər iki birja arasında daha sıx əməkdaşlıq imkanları müzakirə olunub.
Səfər çərçivəsində 18 aprel tarixində “Bakı Fond Birjası”nın nümayəndə heyəti MDB-nin üzvü olan ölkələrin Beynəlxalq Birjalar Assosiasiyasının yığıncağında iştirak edib. Görüş zamanı assosiasiyaya üzv olan birjaların hesabatlılıqları və təşkilatı məsələləri müzakirə edilib, Audit Komitəsinin strukturuna dəyişikliklər edilib. Nəticə etibarilə, üzv olan birjalar yeni strateji planları müzakirə ediblər.
Səfərin son günü “Bakı Fond Birjası”nın nümayəndə heyəti “Əbədi Şəhər Kompleksi” və Səmərqənd şəhərinin tarixi görməli yerlərini ziyarət ediblər.