22 dekabr 2018-ci il tarixində Bakı şəhəri Sabunçu rayon Gənclər mərkəzində Bakı Karate-do Akademiyası ilin yekunları ilə bağlı hesabat konfransı keçirib və il ərzində ən çox uğur qazanan idmançıları təltif edib. Həmçinin cari il ərzində idmançılara mənəvi dəstək, qayğı və diqqət göstərən qarabağ qaziləri Əhliyat Mehdiyev, Hikmət Məmmədov, idman ustaları, federasiya rəhbərləri Faiq Rəfiyev (Budo federasiyasının prezidenti), Rauf İbrahimov (Kempo federasiyasının prezidenti), EKM -in rəhbəri Elxan Gülmalıyev, media nümayəndləri və bir sıra iş adamları mükafatlandırılmışdır.
Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilmişdir.
Çıxış edən Bakı Karate-do Akademiyasının prezidenti, 3 qat dünya çempionu, 3-cü Dan qara kəmər sahibi Vüsal Abdullazadə bildirmişdir ki, iqtisadi inkişaf tempinə görə, dünyada qabaqcıl yerlərdən birini tutan müstəqil Azərbaycanda digər sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idmana da hərtərəfli dövlət qayğısı göstərilir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycanda idman sürətlə inkişaf edir, Olimpiya idealları təbliğ olunur, idmançılarımız beynəlxalq arenalarda ciddi uğurlar qazanırlar. Gənclərin müntəzəm şəkildə idmanla məşğul ola bilmələri üçün yeni idman və Olimpiya kompleksləri, stadionlar tikilir. Bakı hər il bir çox nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edir. Vüsal Abdullazadə bildirmişdir, 2018-ci il BKA idmançıları üçün çox uğurlu olub. Belə ki, idmançılarımız ayrı-ayrı əməkdaşlıq etdiyimiz federasiyalarla ölkə daxili və ölkə xarici (dünya çempionatı, beynəlxalq turnirlər, açıq ölkə çempionatları, ölkə birincilikləri, şəhər birincilikləri) 26 mötəbər yarışda iştirak etmişik, bu yarışlarda ümumilikdə 171 medal əldə etmişik, bunlardan 88 qızıl, 44 gümüş, 39 bürünc medaldır. Dekabr ayı isə bizim üçün daha uğurlu olmuşdur, beləki Dünya Hərbi Döyüş Növləri üzrə dünya çempionatında iştirak etdik. Bu mötəbər çempionatda mən (Vüsal Abdullazadə) dünya çempionu adını 3-cü dəfə qazandım, iki tələbəm isə yüksək əzm və bacarıq göstərərək dünya çempionatında Əlizadə İlkin yalnız finalda məğlub olaraq gümüş medala, İbayev İbrahim isə bürünc medal qazandı.
Sonda isə ilin yekunlarına əsasən il ərzində qazandığı ən çox uğurlara görə; Əlizadə İlkin ən yaxşı müəllim köməkçisi nominasiyasına layiq görülmüşdür. Rüstəmov Səid – İlin ən yaxşı idmançısı; Nağızadə Ziyəddin – İlin ən texnikalı döyüşçüsü; İbayev İbrahim – İlin döyüşçüsü; Mirzəzadə Zaur – İlin ən perspketiv döyüşçüsü; Əmakdaşlığa görə isə Elxan Karate Məktəbi (EKM) ilin ən yaxşı İdman təşkilatı nominasiyasına layiq görülmüşdür.
2018-ci ilin yekunlarında idmançılarımızı onların təhsil sahəsində üzərində böyük zəhmətləri olan müəllimləridə iştirak etmişdir. 72 sayılı tam orta məktəb və liseyin direktoru Abbasova Fərqanə, həmin məktəbin müəllimləri Məhərov Səxavət, Təranə Heydərova, Ağabalayeva Emilya, Həmidova Ceyran; 104 sayılı tam orta məktəbin direktoru; Kərəm Mehtiyev, həmin məktəbin müəllimi Səkinə İsmayılova, Çimnaz Məmmədova; Sevindirici haldır ki, onlarda mükafatlanıb və mükafatları öz şagirdləri təqdim etmişdir.
Sonda isə Bakı Karate-do Akademiyasının prezidenti Vüsal Abdullazadəni “İlin ən fədakar müəllimi” mükafatı ilə BKA-nın bütün valideynləri və tələbələri adından Faiq Nağızadə təqdim etmişdir. Qeyd edək ki, 3 ilə yaxındır fəaliyyət göstərən Bakı Karate -do Akademiyası Respublika çempionlarında, Beynəlxalq Turnirlərdə, Dünya Kuboku və Dünya çempionatında böyük uğurlar qazanan çoxsaylı idmançıları var.