Idman

Bakı Karate-do Akademiyasının daha bir uğuru – YENİ ÇEMPİONLAR

Bakı Karate-do Akademiyasının prezidenti, Karate üzrə 3-cü Dan qara kəmər sahibi, 2 qat Dünya çempionu Vüsal Abdullazadənin rəhbərliyi altında təlim keçən yeni-yetmə və gənc idmançılarımız Azərbaycan çempionu adını qazanıb.

Bu haqda Frame.az-a Bakı Karate-do Akademiyasının rəhbəri V.Abdullazadə məlumat verib. O bildirib; 10 mart 2018-ci il tarixində Şağan OİK -da Alpaqut üzrə keçirilən IV Azərbaycan çempionatında Bakı Karate-do Akademiyasının aşağıdakı idmançıları Ayrı-ayrı sistemlər üzrə Respublika çempionu olub: Hacızadə Aytac – 20 kq, 6-7 yaş; Təhməzli Ali – 25 kq, 8-9 yaş; ( 2-ci dəfə) Hüseynli Nihat – 30 kq, 8-9 yaş Rüstəmov Səid – 35 kq, 10-11 yaş; (2-ci dəfə) Qurbanlı Səid – 40 kq, 10-11 yaş; Gümüş medallar: Maxsudlu Rza, İbayev İbrahim, Nağızadə Ziyəddin, Əsgərzadə Adil, Əliyev Kənan, Soltanov Emil, Əlizadə İlkin Bürünc medallar; Məhərrəmov Cəlal, Adışov Sadiq Həmçinin, Akademiyanın idmançıları 11 mart 2018-ci il tarixində Sumqayıt OİK -da Azərbaycan Kempo Federasiyasının keçirdiyi VIII Respublika çempionatında fərqləniblər. Beləki, onlardan Babaşlı Məhəmməd, Aslanov Nurlan, Topçuyev Elmir qızıl medal, İbayev İbrahim, Hacıyev Əsgər, Mütəllimov Əkbər, Əsgərzadə Adil gümüş medal, Quliyev Tofiq, Quliyev Ayxan, Hüseynov Asim və Səmədli Fərid çempionatı bürünc medal qazanmaqla başa vurublar.

Əlavə olaraq qeyd edək ki, bir il yarımdır fəaliyyət göstərən Bakı Karate-do Akademiyasının güclü idmançılar yetişdirməklə yanaşı, idmançılarımızın təhsilli və nizam-intizamlı, vətənpərvər ruhda böyüməsində rolu böyükdür.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!