Bakı Piano Festivalının ikinci günü hərarətli tanqo proqramı təqdim edilib
Səidə Tağızadə Bülbül adına Musiqi Məktəbini və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. Səidə Tağızadə bir sıra beynəlxalq müsabiqələrin laureatıdır və dünyanın bir çox ölkələrində, o cümlədən Nyu-Yorkun Karnegi Hollunda çıxış edib.
Səidə Tağızadənin ifasında musiqi onun yaradıcılıq fəaliyyətinin bütün istiqamətlərini mükəmməl şəkildə göstərir: solo karyerasından tutmuş kamera musiqisinə qədər, hər dəfə yeni maraqlı proqramla tamamilə fərqli janrlı sənətçilərlə çıxışlar.
Gecənin əsas bəzəyi İlham Osmanovun rəqs studiyasının Azərbaycan rəqs duetlərinin hərarətli ifası olub.
Bakı Beynəlxalq Piano Festivalı təkcə fortepiano və klaviatura virtuozlarının sehrli ifası deyil, bu, ilk növbədə, ən tələbkar musiqisevərləri ruhlandıracaq və ovsunlayacaq, canlı emosiyalar bəxş edəcək dəbdəbəli ab-havadır.