Baku City CircuitFormula 1Idman

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti Formula 1 yarışına hazırlıq işlərini gücləndirib

Cari il iyunun 4-6-da Bakıda keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri davam edir.

Frame.az xəbər verir ki, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti növbəti mərhələdə trekin asfalt örtüyündə zəruri təmir-bərpa işləri aparacaq. Təmir işlərinə mayın 8-də start veriləcək və bu proses nəqliyyatın sıxlığından asılı olaraq müxtəlif fasilələrlə mayın 20-dək davam etdiriləcək.

İşlər ilkin mərhələdə Xəqani, Zərifə Əliyeva və İstiqlaliyyət küçələri ilə Bülbül və Neftçilər prospektlərinin müəyyən hissələrində, həmçinin Aleksandr Puşkin ilə Xəqani küçələrinin, Bülbül prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin və Rəsul Rza küçəsi ilə Neftçilər prospektinin kəsişmələrində əsasən gündüz saatlarında aparılacaq. İş zamanı müəyyən lokal məhdudiyyətlər tətbiq olunacaq, lakin əksər hallarda nəqliyyat fasiləsiz hərəkət edə biləcək.

Şəhər sakinlərindən təmir-bərpa işlərinin intensiv aparıldığı saatlarda qeyd edilən ərazilərdə avtomobillərini parklamamaları xahiş olunur.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!