Baku City CircuitFormula 1IdmanTəqdimat

Bakı Şəhər Halqası marşallar üçün genişmiqyaslı təlimlər keçir

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti marşallar və şirkətin əməkdaşları üçün genişmiqyaslı təlimlər keçir.

Təlimin məqsədi baş verə biləcək müxtəlif hadisələrə uyğun olaraq təhlükə və maneələrin marşallar tərəfdən tez bir zamanda aradan qaldırılmasına yönəlib.

Avropa Oyunları Parkında yerləşən Bakı Şəhər Halqası Təlim Mərkəzində təşkil olunan təlim nəzəri və praktiki hissələrdən ibarətdir. Nəzəri hissədə Bakı yarışının idarə olunması prosesində əsas məqamlar, cari mövsümün strateji və texniki yenilikləri təlim iştirakçılarının diqqətinə çatdırılır.

Praktiki hissədə təlim üçün salınmış xüsusi simulyasiya trekində marşallar texniki bacarıqlarını real olaraq tətbiq edirlər.

Xatırladaq ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 sentyabrın 13-dən 15-dək baş tutacaq və yarış müddətində 1250 marşal cəlb ediləcək.

Ümumilikdə builki Bakı yarışında marşal olaraq iştirak etmək üçün 2800 müraciət daxil olub, bunlardan 2510-u yerli, 290-u isə əcnəbi marşallardır.

 

 

 

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!