Frame LifeSosial

Bakı sakinləri hansı dondurmaya üstünlük verir? (SORĞU)

“ACT Azərbaycan” qızmar havalarda paytaxt sakinləri hansı dondurmaya üstünlük vermələri ilə bağlı sorğu keçirilib.

Frame.az xəbər verir ki, rəyi öyrənilmiş sakinlərin böyük əksəriyyəti (83 %) dondurma yediyini bildirir. Onlar əsasən aşağıdakı qablaşdırmada dondurmalara üstünlük verirlər :

Respondentlər arasında ən çox istifadə olunan vafli stəkan formasında satılan “plombir”dir (63 %). Xüsusi qablaşdırmada çəki ilə satılan dondurmalara maraq da kifayət qədərdir (30 %). “Eskimo” bəyənənlər nisbətən azdır (23 %). Sendviç formalı (10%) və plastik stəkanda (9 %) satılan dondurmalar respondentlər tərəfindən daha az istifadə olunur.

Bəs hansı dondurma paytaxt sakinlərinin ağız tamına daha çox uyğun gəlir ?

Vanilli dondurma rəyi öyrənilmiş respondentlərin tam yarısının qəlblərini fəth edib (47 %). Şokoladlı dondurma heç də ondan geri qalmır (45 %). Meyvəli dondurma sevərlər respondentlərin beşdə birini təşkil edir (20 %). Kakao həvəskarları siyahıda dördüncüdülər (15 %). Üzəri fındıqla bəzədilmiş dondurmalar cəmi 4 % respondentin seçimidir.

Sorğu Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!