Bakıda 21-24 Noyabrda Azerbaijan Fashion Week Növbəti Mövsümü Açacaq
Bu fəsil Azerbaijan Fashion Week “Art meets Fashion” şuarı ilə paytaxtımızın ən orijinal məkanlarından birində- Daş salnamə muzeyində 21-24 Noyabr tarixlərində baş tutacaq.
Tədbir dünyada aktual olan tendensiyalara uyğun olaraq, incəsənət aləmi ilə birgə iş yaradır. Bu fəsil nümayişlər incəsənət aşiqlərinin ortamına çevrilmiş bayraq meydanında yerləşən daş salnamə muzeyinin meydanında keçiriləcək. Bu yolla təşkilatçılar həm yerli əhalinin, həm də artıq ənənəyə çevrilmiş bu mərasimə gələn əcnəbi qonaqlarımızın diqqətini milli dəyərlərə cəlb etməyi düşünür.
Moda həftəsinin hər bir günü dəb aləmində səs salmış Azərbaycan və xarici dizaynerlərin möhtəşəm nümayişi ilə yadda qalacaq. Dəbi yaxından izləyənlərə bu il AFW çərçivəsində, bütün dünyada olduğu kimi, bəzi dizaynerlərin yay-yaz kolleksiyasını “itələyərək” payız qış kolleksiyalarını təqdim etmə faktı maraqlı olardı. “See now – buy now” dünya moda həftələrinin yeni sloqanıdır. Beləliklə, siz moda həftəsindən yeni bir şey əldə edib və darhal onu geyinə bilərsiz.
Hər gün saat 15:00-dan etibarən şou rumlar qonaqlara təqdim ediləcək. Burada həm moda həftəsində iştirak edən, eləcə də digər dizaynerlərin kolleksiyaları nümayiş olacaq. Ənənəvi olaraq, tədbir çərçivəsində pulsuz praktiki seminarlar və təqdimatlar keçiriləcək. Və əlbəttə ki, hər axşam “after party”– lər tədbiri unudulmaz edəcək.
Bunlardan əlavə AFW-nin təşkilatçı komitəsi IED (Instituto Europeo di Design) ilə birgə cavan, proqressiv düşünən gənclər arasında dizayn və memarlıq üzrə NOİCONS adlı müsabiqə keçirəcək.
Müsabiqə üç namizədlik üzrə olacaq: Fashion Design, Fashion Illustration və Fashion Retail Store. Qaliblərə yay kurslarına sertifikat veriləcək. Onlar təcrübə üçün dünyanın ən prestijli universitetlərindən olan İtalyanın IED dizayn institutuna gedəcəklər. Müsabiqədə iştirak edəcək lahiyələri «Noicons IED contest project» mövzusu ilə hellodfdteam@gmail.com elektron ünvana göndərmək lazımdır. Layihələrin qəbulu 18 Noyabr 2016-cı ilə qədər uzadılıb, nəticələr isə AFW-nin ilk günü, 21 Noyabrda elan ediləcək.
Mərasim Heydər Əliyev fondu və AR Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Rəsmi partnyorlarımız- peşəkar kosmetika seriyası olan Schwarzkopf Professionalın OSiS+, BC bonacure, IGORA Royal.
AFW-də volontyor və sponsor qismində iştirak etmək istəyənlərin müraciətləri info@afw.az elektron ünvanında qəbul edilir.
Azerbaijan Fashion Week ildə 2 dəfə May və Noyabr aylarında keçirilir. İlk üç fəsil çərçivəsində Azərbaycan, Fransa, İspaniya, Türkiyə, Latviya, Ukrayna, Gürcestan və Kazaxstandan 60-dan çox dizaynerin nümayişi baş tutmuşdur. Azərbaycan Moda Həftəsinin əsas məqsədi inkşafda olan yerli dəb sənayəsinin inkişafı və ölkəmizin istedadlı dizaynerlərinin yaradıcılığını nümayiş etmək üçün şərait yaradılmasıdır.
Mərasimdə beynəlxalq dəb ekspertləri, eləcə də, müxtəlif butik və mağaza şəbəkələrinin bayerləri, yerli və xarici jurnalların və PR agentliklərin təmsilçiləri iştirak edir.
Hazırladı: Fərəh Əliyeva