EventsTəqdimat

Bakıda Akon nostaljisi – Rəqs, coşqu, izdiham!

Bakıda Akon nostaljisi – Rəqs, coşqu, izdiham!

 

Dünyaca məşhur reper Akon Baku Crystall Hall-da möhtəşəm konsert proqramı ilə çıxış edib.

 

Oktyabrın 13-də baş tutan konsert şəhərin musiqisevərlərinə unudulmaz gecə yaşadıb. Musiqi kariyerasında uzun illərdir uğurla addımlayan Akon “Caspian Media Group”un təşkilatçılığı ilə baş tutan gecədə enerji dolu performansı və sevilən hitləri ilə auditoriyanı “yellədib”.

 

Konsert zamanı “Smack That”, “Lonely” və “Right Now (Na Na Na)” kimi hit mahnıları səsləndirən ifaçı böyük coşquya səbəb olub.

 

Akon-ın Bakıya özəl salamı və azərbaycanlı pərəstişkarlarına sevgi dolu mesajları gecəyə xüsusi rəng qatıb.

 

Tamaşaçılar arasında Elza Seyidcahan, Nigar Camal, Asya Alizadeh, Dilarə Kazımova, Nərmin Kərimbəyova kimi simalar da olub. Onlar gecəboyu rəqsləri ilə diqqət çəkiblər.

 

Tədbirdə Akon-ın həyat yoldaşı, müğənni Amirror da səhnə alıb.

 

Sosial mediada gündəm olan gecə təkcə musiqi baxımından deyil, eyni zamanda Bakının mədəni həyatında da əlamətdar bir hadisə olaraq yadda qalacaq. Akon-ın Bakıda verdiyi bu konsert şəhərin beynəlxalq səviyyədə tanınan ulduzları qəbul etməyə hazır olduğunu bir daha göstərir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!