FashionFrame LifeSərgi

Bakıda beynəlxalq ayaqqabı və dəri malları sərgisi açılıb

Sentyabrın 23-də Bakı Expo Mərkəzində beynəlxalq ayaqqabı və dəri malları sərgisi açılıb.

Frame.az xəbər verir ki, sərgidə dünyanın 10 ölkəsindən 30 əmtəə nişanlı məhsul nümayiş olunur. İlk dəfə Bakıda təşkil olunan sərgi “Shoesstar Caspian” adı ilə ziyarətçilərə təqdim edilib. Nümayiş olunan bütün kolleksiyalar 2018-ci il mövsümü üçün nəzərdə tutulub.

Azərbaycan Ticarət və Sənaye Palatasının vitse-prezidenti Nazim Tatlıyev Bakıda ilk dəfə təşkil olunan bu sərginin rəğbətlə qarşılanacağına əminliyini ifadə edib. O, təqdim edilən nümunələrin dünya brendləri sırasında özünəməxsus yeri olduğunu deyib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, Almaniya, İspaniya, İtaliya, Rusiya, Portuqaliya və digər ölkələrin sərgidə iştirakı gələcək əməkdaşlıq üçün yaxşı zəmin yaradacaq.

Dünya ayaqqabı istehsalçıları və istehlakçıları üçün bu cür sərgilərin vacibliyini vurğulayan sərginin təşkilatçısı Aleksandra Sakayeva Azərbaycanda keçirilən bu sərginin davamlı olacağını vurğulayıb. Qeyd edib ki, məqsəd növbəti mövsüm üçün ayaqqabıları nümayiş etdirməkdir. “Sərginin ildə iki dəfə təşkili nəzərdə tutulur. Biz yaz-payız kolleksiyalarını təqdim etmək niyyətindəyik”, – deyə A.Sakayeva diqqətə çatdırıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!