Bakıda “Hyundai Servis Festivalı” keçiriləcək
Bakıda “Hyundai Servis Festivalı” keçiriləcək.
“Hyundai” markasının Azərbaycandakı rəsmi distribyutoru “Auto Azerbaijan” şirkəti, qışa yaxınlaşdığımız bu günlərdə Hyundai sahiblərinə xüsusi xidmət imkanları təqdim edəcək.
4,5 və 6 Noyabr tarixlərində Bakı Olimpiya Stadionu ərazisində “Hyundai Servis Festivalı” keçiriləcəkdir. Festival, avtomobilinizi ümumi pulsuz texniki baxışdan və elektron diaqnostikadan keçirtmək, mühərrik sistemində azalmış mayelərin əlavə edilməsi, asqı sistemini test sürüşü edərək yoxlamaq, şikayətlərin yerində mümkündürsə həll edilməsi, Hyundai-ın yeni modelləri ilə test sürüşü etmək kimi fürsətlər qazandıracaqdır. Tədbirin iştirakçılarına rəsmi Hyundai servis mərkəzlərində bir dəfə istifadə etməklə servis xərclərinə 20 % , orjinal ehtiyyat hissələrinə isə 10 %-lik endirim imkanı verən xüsusi kupon qazanmaq şansı yaradılacaqdır. Həmçinin, Festivalda iştirak edən müştərilərə xüsusi hədiyyələr təqdim olunacaqdır. Festival çərçivəsində istəyən şəxslərə stadion turu nəzərdə tutulur.
Hyundai servis və ehtiyyat hissələri şöbəsinin müdürü Şahin Kərimov bildirdi ki, festivalın keçirilməsində məqsəd, rəsmi Hyundai Servisinin imicinin yüksəldilməsi, müştəri loyallığının artırılması, müştərilərə servis mərkəzlərindən kənarda xidmət göstərməklə xüsusi dəyər yaratmaqdır:
“Hyundai satışda olduğu qədər, satışdan sonrakı xidmətlərdə hər zaman öndədir. Keçiriləcək Festival servisə verdiyimiz önəmin növbəti bariz nümunəsidir. Festivalda bütün Hyundai minik avtomobillərinin asqı sisteminin test edilməsi, mühərrik sistemində azalmış mayelərin əlavə edilməsi və müştəri şikayətlərinin, yerində mümkündürsə, həll edilməsi kimi xidmətlər göstəriləcəkdir. Hyundai sahiblərinin etmələri lazım olan tək şey 4,5 və 6 Noyabr tarixlərində Bakı Olimpia Stadionuna gəlməkdir”.
Tədbir 2016-cı ilin 4,5,6 Noyabr tarixlərində, saat 9:00 – 18 :00 arasında keçiriləcəkdir.
Dünyanın ən sürətli böyüyən avtomobil markalarından biri olan Hyundai, Azərbaycanda da özündən əmin addımlarla irəliləyərək müştəri məmnuniyyətini birinci sırada saxlamaqda davam edir.
Ətraflı məlumat: www.hyundai.az
Frame.az