Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı beynəlxalq konfrans keçiriləcək

Fevralın 12-də Formula 1 Azərbaycan Qran-Pri yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı beynəlxalq konfrans keçirəcək.

Frame.az xəbər verir ki, BŞH hər il ənənəvi olaraq təşkil etdiyi beynəlxalq konfransın builki buraxılışını Formula 1 Azərbaycan Qran-Prisinin 5 illiyi münasibətilə “İdman və şəhər” mövzusuna həsr edib.

Bakı Konqres Mərkəzində baş tutacaq konfransda idman yarışlarının şəhər quruculuğuna təsirini öyrənən dünyanın bir sıra aparıcı mütəxəssisi çıxış edəcək, xarici ölkələrin nümayəndələri təcrübələrini bölüşəcəklər.

Tədbirin keçirilməsində əsas məqsəd yerli biznes qurumlarını bir araya gətirərək ölkədə baş tutan irimiqyaslı idman yarışlarından maksimum faydalanmaq imkanlarını müzakirə etmək və bu çərçivədə xarici təcrübəni bölüşməkdir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: