IdmanTəqdimatƏyləncə

Bakıda kağız təyyarələri üzrə çempionat keçirilib

7 aprel tarixində, Bakıda “Red Bull Paper Wings” – tələbələr arası kağız təyyarələri üzrə yarışmanın final mərhələsi keçirilib.

 Finalda, Milli Aviasiya Akademiyasında, Azərbaycan Dövlət Memarlıq və İnşaat, ADA və Azərbaycan Texniki Universitetlərində keçirilən təsnifat mərhələsinin qalibləri iştirak ediblər. Ümumi olaraq təsnifat mərhələlərində 400-dən çox tələbə iştirak edib və onlardan ancaq 16-sı finala vəsiqə qazanıb.

Yarışma üç kateqoriyada keçirilir: ən uzun məsafə, havada qalma vaxtı və aerobatika. Ən uzun məsafə kateqoriyasının qalibi və nəticəsi: Ruslan Məmmədov – 36 m.

Havada qalma vaxtı kateqoriyasının qalibi və nəticəsi: Xoşbəxt Əbdürəhmanov – 7.78 san.

 Aerobatika kateqoriyasında iştirak etmək üçün, öz kağız təyyarənin fəndlər göstərdiyi anı videoya çəkib, Instagram sosial şəbəkəsinə yerləşdirərək mümkün idi. Finalda isə, həmin iştirakçıların performanslarını münsiflər heyəti canlı izləyərək dəyərləndirdilər və qalibi müəyyən etdilər. Münsiflər: ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov və təyyarə modelçiliyi üzrə idman ustası Pərviz Ağayev.

Aerobatika kateqoriyasının qalibi: Rəhman Əliyev

 Red Bull Paper Wings 2019 Azərbaycan üzrə qalibləri, 16-19 may tarixlərində Avstriya, Zaltsburqda, “Hangar-7”-də keçiriləcək Dünya Finalında ölkəmizi təmsil edəcəklər.

 Red Bull Paper Wings yarışması ilk dəfə 2006-cı ildə keçirilib. 2009-cu ildə ikinci dəfə keçirilən yarışmada artıq 99 ölkə iştirak edib. Builki yarışma sayca artıq beşincidir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!