Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi başa çatıb
Frame.az-ın məlumatına görə, “Birlik” adlı konsertdə tamaşaçılar Səmra Rəhimlinin “O sevir”, “Miracle”, Nigar Camalın “Çağıran da ürəkdir” və “Sus” mahnılarını coşqu ilə qarşılayıblar.
Daha sonra səhnədə tanınmış ifaçılar Miri Yusif “Ağ təyyarə” və “Səndən bir dənədir”, Səbinə Babayeva “When the Music Dies” və “Can”, Eldar isə “Tell Me About Love” və “The One” mahnılarını təqdim ediblər.
Tünzalə Ağayevanın ifasında “Sürət – 2017 Azərbaycan Qran-Prisi” mahnısı səslənib. İfa zamanı 30 səhnə iştirakçısı Bakı şəhər halqasını təsvir edən əsas səhnədə işıq saçan çubuqlarla rəqs edib.
Müğənni “Birlik” konsertini “Bakı-2017” könüllülərinə həsr olunmuş “Salam Bakı” himni və “Mən Azərbaycanlıyam” mahnısı ilə yekunlaşdırıb.
Yaddaşlarda dərin iz qoyan, tarixə çevrilən IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.