CinemaEventsTəqdimat

Bakıda Rusiya Kinosu Günləri keçiriləcək

Oktyabr ayının 10-dan 14-dək Bakıda Rusiya Kinosu Günləri keçiriləcək. Frame.az-ın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə kino günləri Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın Azərbaycandakı Səfirliyi, “Kinofest” Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə həyata keçiriləcək.

Bu münasibətlə Rusiya Kino Fondunun direktoru Anton Malışev, rejissor və prodüser Renat Davletyarov, aktrisa Yevgeniya Malaxova (Davletyarova), rejissor Yuriy Vasilyev, prodüser Mixail Deqtyar və “Kinofest” Prodüser Mərkəzinin direktoru Sergey Braqindən ibarət Rusiya nümayəndə heyəti Bakıya səfər edəcək.

Nizami Kino Mərkəzində keçiriləcək kino günlərinin açılışı 10 oktyabr saat 19:00-da Rusiya kinematoqrafçıları ilə görüş və rejissor Renat Davletyarovun “Təmiz sənət” bədii filminin nümayişi ilə olacaq.

Kino Günləri çərçivəsində 11 oktyabr saat 19:00-da rejissor Yuriy Vasilyevin “Qəhrəman”, 12 oktyabr saat 19:00-da İndar Djendubayevin “O, drakondur”, 13 oktyabr saat 19:00-da İlya Çijikov və Anton Çijikovun “Bizim qəbirstanlığın oğlanı”, 14 oktyabr saat 19:00-da isə Eduard Bordukovun “Qutu” bədii filmi tamaşaçılara təqdim olunacaq.

Giriş sərbəstdir.

14524480_704292889718621_8756680091223612509_o

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!