GözəllikMake-upTəqdimat

Bakıda Türkiyənin gözəllik uzmanı həmyerlimiz Aygün Ay-ın möhtəşəm seminarı baş tutub

Xəbər verdiyimiz kimi Azərbaycan doğumlu,Tibb Universitetinin məzunu, hal hazırda Türkiyənin məşhur gözəllik mütəxəssisi, Azərbaycanı layiqincə təmsil edən həmvətənlimiz, məşhur vizajist, estetik uzmanı, soydaşımız Aygün Ay Bakıda üç gün boyunca möhtəşəm gözəllik seminarı təşkil etdi. Seminar Bakının mötəbər otellərindən birində keçirildi. Qeyd edək ki, seminar nəinki kosmetoloqlar, həvəskar xanımlar hətta bir sıra məşhur simalar, bloggerlər və media nümayəndələri arasında da böyük maraqla qarşılanıb.

Aygün xanım 2004-cü ildən Türkiyədə peşəkar fəaliyyətə başlayaraq, 2010-cu ildə 200 nəfərdən ibarət olan makiyaj yarışmasında birinci yeri qazandıqdan sonra daha da məşhurlaşmağa başlayaraq müxtəlif reklam, film və seriallarda çalışaraq öz karyerasına başlayır.

Daha çox məhşurlarla işləyən vizajist, ustası olduğu qalıcı makiyaja da məhz onların təkidi ilə başlayıb. Aygün xanımın dediyinə görə müştərilərinin onun etdiyi “make-up”ı çox bəyənmələri və bunun qalıcı olmasını istəmələri ilə bu yola çıxıb.

2016 Türkiyə Esnaf və Kalfalik Belgesi, 2017 Istanbul Güzellik Uzmanları Katılım Sertifikası, Kryolan Certificate, Eyerbrow Plilosophy Certificate, Istanbul Şişli Leyla Inanır Güzellik Uzmanlıgı kursu bitirme belgesi, Mesleki Faaliyet Belgesi, Yılın en iyi Makyözü 2011,2015 “O hayat benim”, 2016 “Kocamın Ailesi”, 2013 “Kurtlar Vadisi”, 2017 “Sevda Kuşun Kanadinda”, Esra Erol tv programı, TRT müzik programı, 2016 Altin Kelebek Ödülü kimi bir neçə mükafata layiq görülən həmyerlimiz burada üç gün ərzində seminara gələn qonaqlara mikrobleydingin sirrlərini, Şərq və Qərb makiyajını, makiyajda yaşlanma effektini və bir sıra gözəllik yeniliklərini nümayiş etdirməklə daha da çox rəğbət qazandı.

Qeyd edək ki, seminar iştirakçıları Aygün xanımın şəxsi imzası ilə sertifikatlarla da təltif edildi. Tədbirin təşkilatçısı isə Nigar xanım Paşayeva idi.

Çox saylı istəklərə əsaslanaraq Aygün xanım sentyabr ayından yenidən bir-birindən maraqlı və fərqli mövzularda seminarlarla izləyicilərinin görüşünə hazırlaşır.

Frame.az olaraq gözəl xanım və işinin peşəkarı olan həmyerlimiz Aygün Ay-a can sağlığı və yeni-yeni nailiyyətlər arzu edirik.

Seminarlar barədə məlumatlardan xəbərdar olmaq üçün saytımızı izləyin.

This slideshow requires JavaScript.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!