IdmanTəqdimat

Bakıda Ulu Öndərin 100 illiyinə həsr olunmuş atıcılıq üzrə dünya kuboku yarışının açılış mərasimi olub

Bu gün Bakı Atıcılıq Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş atıcılıq üzrə dünya kuboku yarışlarının açılış mərasimi keçirilib.

Açılış mərasimində yarışların Azǝrbaycan xalqının Ümummilli Lideri Heydǝr Əliyevin 100 illiyinə təsadüf etdiyi vurğulanıb. Bildirilib ki, Azǝrbaycan gǝnclǝrinin sağlam hǝyat tǝrzi üçün idmanın inkişafına ǝhǝmiyyǝt verǝn vǝ idmançıları daim dǝstǝklǝyǝn Ulu Öndər Heydǝr Əliyevin müstǝqil Azǝrbaycanın beynǝlxalq idman arenasında tanınmasında əvəzsiz xidmətləri olub.

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, ölkəmizdə üçüncü dəfə keçirilən dünya kuboku yarışlarının Azərbaycanda atıcılıq idman növünün inkişafında böyük rolu olduğunu, bu növdə ilk Olimpiya qızıl medalımızın məhz Ümummilli Liderin prezidentliyi vaxtında qazanıldığını bildirib. Nazir Beynəlxalq Atıcılıq İdman Federasiyasına təşkilati işlərdə dəstəyinə görə təşəkkür edib.

Azərbaycan Atıcılıq Federasiyasının, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahəddinova bu yarışlara ölkəmizin də böyük heyətlə qatıldığını bildirərək, bütün idmançılara uğurlar arzulayıb.

Beynəlxalq Atıcılıq İdman Federasiyasının İdarə Heyətinin üzvü Hazem Hosni “Paris 2024” Yay Olimpiya Oyunlarında tətbiq olunacaq yeni qaydaların bugündən etibarən qüvvəyə mindiyini vurğulayıb və beynəlxalq qurumun prezidenti adından yarışlarını açıq elan edib.

Tədbir konsert və əyləncə proqramı ilə davam edib.

Yarışların ilk final oyunları mayın 10-dan başlayacaq.

Qeyd edək ki, yarışlara dünyanın 66 ölkəsindən 623 idmançı qatılıb. İdmançılar altı gün ərzində güllə atıcılığının 10 növündə qələbə uğrunda mübarizə aparacaqlar.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!