Bakıdan Moskvaya uçan təyyarədə yaranan texniki problem aradan qaldırılıb
Bakıdan Moskvaya uçan təyyarədə yaranan texniki problem aradan qaldırılıb.
AZAL-dan Frame.az-a bildirilib ki, ekipaj üzvləri və mühəndis-texniki heyəti tərəfindən təyyarəyə baxış keçirildikdən sonra yaranan texniki problem müəyyən edilib – sensorların nasazlığını düzgün əks etdirməyən xəbərdarlıq siqnalı. Hava gəmisinin tam saz vəziyyətində və uçuşa hazır olması qərarı qəbul edilib.
Reysin sərnişinləri Bakıdan Moskvaya eyni təyyarə ilə yola düşəcəklər.
AZAL-ın uçuş heyətinin hərəkətləri aviaşirkətin ən mühüm vəzifəsi olan sərnişinlərin tam təhlükəsizliyinin təmin edilməsi ilə əsaslanır.