EventsFashionFestivallarTəqdimatƏyləncə

Baku Fashion Week-in ikinci mövsümünün ilk günü

24 may 2024-cü il tarixində Baku Crystal Hall-un mətbuat mərkəzində Baku Fashion Week-in ikinci mövsümünün açılışı oldu.

Baku Fashion Week-in ikinci mövsümünün üç günlük ilk şou gününü həm ölkə daxilində, həm də Türkiyədə fəaliyyət göstərən azərbaycanlı dizayner Sultan Qədimbəyli açıb. Tamaşaçılar birinci günün açılışına təntənə əlavə edən dizayner tərəfindən təqdim olunan obrazların mürəkkəb kəsimini yüksək qiymətləndiriblər.

Ölkənin moda sferasını yaxından izləyən insanlar model, bloqqer və influencer Kamilla Babayevanın yaratdığı L’Arc brendinə çoxdan aşiq olublar. Mövsümdən mövsümə bu brend qadınlığı və zərifliyi ilə seçilən obrazlar nümayiş etdirir. Əgər əvvəllər L’Arc-da payet istifadəsi və parıltı kimi texnikalarını görmüşdüksə, bu mövsüm marka çiçək mövzularına keçərək yenilik göstərdi. Çiçəklər L’Arc brendinin geyimlərini həm parçalar üzərində çap olaraq, həm də əllə işlənmiş qönçələr şəklində bəzədi – bu isə əl istehsalı kutyur işinin gözəl nümunəsidir.

Qısa fasilədən sonra Baku Fashion Week-in ən sirli iştirakçısı olan Other Azer brendi ikinci kolleksiyasını nümayiş etdirib. Şou Baku.tv Ru-nun baş redaktoru Nata Osmanlının, üzünü maskanın arxasında gizlədən brendin dizayneri ilə, yumoristik müsahibəsi ilə başlayıb. “İşıq və qaranlıq arasında” adlanan kolleksiyanın özü də, adından da məlum olduğu kimi, açıq və tünd çalarların, eləcə də ziyafət və gündəlik obrazların mübarizəsinin təzahürü oldu. Tamaşa brend dizaynerin sözünə və musiqisinə yazılmış, bu şou üçün xüsusi olaraq hazırlanmış mahnının müşayiəti ilə başa çatıb.

Nümayişlərin ilk gününü bağlamaq şərəfi Rusiyadan xüsusi dəvət olunmuş və 1997-ci ildən fəaliyyət göstərən Viva Vox moda evinə verilib. Brendin 2024/25 payız-qış mövsümü üçün avanqard və qeyri-adi kolleksiyası heç kəsi biganə qoymayıb. Təqdim olunan əsərlərin fərqli xüsusiyyəti müəllif çaplardan istifadəsi, fərqli parçaların və həmçinin dəri ilə işləməsi misilsiz məharət idi.

Üç günlük nümayişin ilk günü Makulatura Live yaradıcı birliyi ilə birgə Baku Crystal Hall mətbuat mərkəzində keçirilən əyləncəli afterparty ilə başa çatıb. Ölkənin moda həftələri tarixində ilk dəfə olaraq əsas moda tədbirinin podiumu rəqs meydançasına çevrilib, burada BFW-in qonaqları DJ Bunbek və Cənubi Afrikadan olan xüsusi qonaq DJ Kasanqonun setləri ilə əyləniblər.

Baku Fashion Week-in ikinci mövsümünün dəvətli qonaqları arasında yerli və xarici bloqerlər, influencerlər, eləcə də yaxın və uzaq xaricdən moda sahəsindən peşəkarlar var. Onların arasında rusiyalı model, teleaparıcı, məşhur bloger Svetlana Bondarçuk, Qırğızıstandan olan tiktoker Zee və bir çox başqaları var. Harper’s Bazaar, L’Officiel və Hello kimi dünyaca məşhur jurnalların nümayəndələri də BFW-da iştirak edirlər.

Baku Fashion Week ModePoint və Stock tərəfindən təşkil olunur. ModePoint ölkəmizdə moda sənayesinin inkişafına dəstək olmaq, həm Azərbaycan daxilində, həm də xaricdə moda tədbirlərinin təşkili məqsədilə yaradılmış layihədir. Öz növbəsində, Stock 100-dən çox Azərbaycan brendini birləşdirən ilk geniş moda platforması rolunu oynayan konseptual mağazadır. Stock-un əsas məqsədi yerli moda sənayesinin inkişafını təşviq etmək, gənc dizaynerləri dəstəkləmək və yerli brendləri qlobal səviyyəyə çatdırmaqdır.

Bakı Moda Həftəsinin ikinci mövsümü Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azerbaijan Tourism Board dəstəyi ilə keçirilir.

Bakı Moda Həftəsinin ikinci mövsümünün sponsorları Bentley Baku, Kronenbourg 1664 Blanc və Sarvagelli-dir. Bakı Moda Həftəsinin ikinci mövsümünün partnyorları MAC, Fomo, Fomo by B4 restoranı, Happy Moon’s və D’Olivo olub.

 

 

 

 

 

 

 

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!