Təqdimat

Bank Respublika əmanətlər üzrə faiz dərəcələrini illik 15%-dək artırdı

Bank Respublika fiziki və hüquqi şəxslərin manatla yerləşdirilən müddətli və yığım əmanətlərinə daha yüksək faiz dərəcəsi tətbiq etdi.

İndi milli valyuta ilə 6 və 12 ay müddətinə qoyulan əmanətlər üzrə faiz dərəcəsi 3% artırılaraq illik 15 % təşkil edir.

Yığım Əmanəti üzrə: 3 ay üçün 10%,  6 ay üçün 12%, 12 ay üçün isə illik 14% dərəcəsində müəyyən edilib.

Yığım əmanətinin əsas üstünlüklərindən biri də onlayn artırma imkanının olmasıdır. Bunu əməliyyatı bankın Mobil və İnternet şöbələri, Million və eManat terminalları üzərindən asanlıqla yerinə yetirmək olar.

Depozit hesabını bankın istənilən filial və ya şöbəsində açdırmaq mümkündür. Yeni faiz dərəcələri Bankın təmsil olunduğu bütün bölgələrinə aiddir.

Bank Respublika AR Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və Banka yatırılan bütün əmanətlər Fondun şərtlərinə uyğun olaraq sığortalanır.

Qeyd edək ki, Fond tərəfindən sığortalanan əmanətlər üzrə maksimal illik faiz dərəcəsi məbləğindən asılı olmayaraq 15% təşkil edir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!