EventsFashionMədəniyyətSərgiTəqdimat

Belqradda Gülnarə Xəlilovanın “Qarabağ” milli geyim ekspozisiyası təqdim olunacaq

Azərbaycanın Serbiyadakı səfirliyinin təşkil etdiyi “Odlar Yurdu, Azərbaycan – Azerbaijan, The Land Of Fire” Mədəni İrs layihəsi çərçivəsində dizayner Gülnarə Xəlilovanın “Qarabağ” kolleksiyasından milli geyimlərin ekspozisiyası təqdim olunacaq.

Tədbir aprelin 18-dən 20-dək Belqraddakı “Madlena” Art Palace-da keçiriləcək. Layihə çərçivəsində Azərbaycan mahnı və rəqsləri, xalçalar və əl işləri də təqdim olunacaq.

Gülnarə Xəlilova – Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!