Beynəlxalq Muğam Mərkəzi ilə Macarıstanın Mədəni İrs Evi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb

BMM-də baş tutan imzalanmada  direktor, Xalq artisti Murad Hüseynov qonağa BMM fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, milli –mədəni irsə dövlətin göstərdiyi diqqət, muğam sənətimizin dünyada təbliği istiqamətində Heydər Əliyev Fondu və Birinci vitse prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində bu gün Azərbaycan musiqisi dünyanı fəth edir.
Direktor həmçinin musiqinin müxtəlif sahələrində birgə əməkdaşlığın perspektivlərindən söz açıb. Muğam sənəti və milli musiqimizlə bağlı məqamları qonağın diqqətinə təqdim edib. Direktor həmçinin vurğulayıb ki,  BMM öz fəaliyyətində beynəlxalq əlaqələrə xüsusi önəm verir. Memorandum Azərbaycan ilə Macarıstan  arasında mədəni əlaqələrin genişlənməsinə, hər iki mədəniyyətlərin qarşılıqlı təbliğinə həmçinin  muğam sənətinin və bütövlükdə Azərbaycan musiqisinin təbliğinə töhfə verəcək.
Beynəlxalq Muğam Mərkəzi ilə yaxından tanış olan Pal İştvan əməkdaşlıq, həmçinin həyata keçirilə biləcək layihələr ilə bağlı fikirlərini bölüşüb. BMM ilə Macarıstan  musiqi kollektivləri arasında qarşılıqlı olaraq etnik musiqinin təbliği və birgə fəaliyyət istiqaməti mövzusuna toxunan direktor əməkdaşlıq çərçivəsində milli mədəni irs nümunələrini təbliğ edən sərgi, tədqiqat və konsert layihələrin keçirilməsinin zəruriliyini vurğulayıb.
Görüş zamanı iki təşkilat arasında qarşılıqlı layihələrin təşkili, həm Macarıstan həm də Azərbaycanda təşkil edilən festivallarda qarşılıqlı sənət mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı hər iki xalqın milli musiqisinin təbliği baxımından qarşılıqlı əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Macarıstan Mədəni İrs Evi Macarıstan Mədəni İrs Nazirliyi tərəfindən macar xalq ənənələrini qorumaq və təbliğ etmək məqsədi ilə yaradılmış milli qurumdur. Qurum macar xalq ənənələri ilə bağlı bütün layihələri dəstəkləyərək təbliğ edir.

Qeyd edək ki, xarici dövlətlərlə musiqi sahəsində fəaliyyət göstərən qurumlarla əlaqələrin qurulması və eyni zamanda beynəlxalq əməkdaşlıq BMM-nin prioritet istiqamətlərindən biridir. Bu günə kmi BMM-nin “Etnomusiqi inciləri” çərçivəsində Yunanıstan, İtaliya, Avstriya, İsrail və bir sıra ölkələrin musiqiçiləri Azərbaycan muğam ifaçıları ilə birlikdə konsert proqramları ilə çıxış ediblər. Eyni ilə BMM -nin təşkilatçılığı ilə İsveçrə, Fransa, Polşa, Çin Xalq Respublikası, Mərakeş, Hindistan, Rusiya, Gürcüstana Azərbaycan musiqiçilərinin səfəri təşkil edilib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: