EventsMuğamMusiqiMədəniyyət

Beynəlxalq Muğam Mərkəzi “Yeni nəsil dəvət edir” adlı yeni geniş layihə təqdim etdi

Fevralın 8-də Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” birgə layihəsi çərçivəsində  “Fransa və Azərbaycan musiqisi axşamı”  konserti keçirilib.
Ön söz olaraq  ADMİU- nun əməkdaşı, sənətşünaslıq magistrı, bəstəkar Aysel Hacıyeva çıxış edərək universitet tələbələrinin klassik musiqi sahəsindəki uğurlarından danışıb.
Musiqi axşamında  XX əsr fransız musiqi mədəniyyətinin, musiqi impresonizminin önəmli simalarından  olan C.Debussinin, L.Delibin, J.Massnenin, K.Sen-Sansın, eyni zamanda  Azərbaycan bəstəkarlarından Q.Qarayevin və C.Hacıyevin əsərləri səslənib.
 Konsertdə tələbələrdən  Beynəlxalq müsabiqələr laureatları Leyla Fərəcova, Aysun Qəmbərova, Nigar Hüseynzadə, Rəşad Kazımov, Sevda Axundova, Leyla Əliyeva, Səbinə Mehdiyeva, habelə Səbuhi Həsənov, Günel İbrahimli, Esmira Heydərova, Zaur Məmmədov, Zəkiyyə Qasımzadə, Sahib Məmmədov, Pərvin Paşazadə piano, klassik gitara, fleyta, violin və başqa musiqi alətlərində ifa ediblər.
 Tədbir klassik musiqisevərlər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Fevralın 15- də Beynəlxalq Muğam Mərkəzində məşhur qarmon ifaçısı Əhəd Əliyevin (Kor Əhəd) 125 illik yubiley gecəsi keçiriləcək.
 Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət”mərkəzlərindən və iticket.az (online) saytından əldə etmək olar.
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!