MusiqiMədəniyyət

Beynəlxalq Muğam Mərkəzində 6-cı Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələr həftəsi başa çatdı

Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında,Mədəniyyət və Turizm Nazirlıiyinin yaxından iştirakı,Azərbaycan Televiziyasının təşkilatçılığı ilə 6–cı Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələr həftəsi Beynəlxalq Muğam Mərkəzində keçirildi. Dinləmələrin növbəti həftəsində qəzəlxan Hacı Mailin qəzəllərinə müraciət edildi.

     Münsiflər heyətinin üzvləri: respublikanın xalq artistləri Əlibaba Məmmədov,Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Muğam Televiziya müsabiqəsinin icraçısı Əməkdar incəsənət xadimi Nadir Axundov iştirakcıların çıxışlarını 10 ballıq sistemə əsasən qiymətləndirdilər.

      Nurlan Namazov “Zabul” (“Bu dağlarda maral gəzər”), Məftun Məmmədov “Rahab” (“Mən qurbanam sən tək yara”), Rəvanə Əmiraslanlı “Mirzə Hüseyn segahı” (“Endim bulaq başına”), Valid Abdullayev “ Cahargah”(“Mixək əkdim ləyəndə”), Səma Sultanova “Şahnaz”(“Səni görməyəndə fənadır halım”) muğam və təsnifləri ifa etdilər. Münsiflər heyəti hər iştirakçnın ifası barədə öz fikirlərini bildirərək qiymətləndirdilər.

     Dinləmələrin növbəti günü səhnəyə Məcid Əsri  “Bayatı Şiraz “(“Ay qız çəkmisən məndən nəzəri”), Almaxanım Əhmədli  “Zabul” (“Ahu gözünü gördüm”), Pərviz Qasımov “Şahnaz” (“Getdim gördüm bulaqdadır”) muğam və təsnifləri ifa etdilər.

    Həftənin sonunda münsiflər heyətinin qərarına əsasən Nurlan Namazov, Rəvanə Əmiraslanlı,Valid Abdullayev, Səma Sultanova,Məcid Əsri, Almaxanım Əhmədli və Pərviz Qasımov 70 bal topladı.Müsabiqənin qaydalarına əsasən ən az bal toplayan Məftun Məmmədov 63 balla müsabiqədə iştirakını dayandırdı.

     Müsabiqənin növbəti dinləmələri 5 iyun  Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!