MuğamMusiqiMədəniyyət

Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları”adlı layihə davam edir

Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” adlı  möhtəşəm layihəsi çərçivəsində yeni konsertlər keçiriləcək. Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi 2017-ci ilin yeni mövsümündə  konsert fəaliyyəti ilə yanaşı bir neçə layihələrə start verib.

“Muğam axşamları” adlı möhtəşəm layihə də onlardan biridir.

Layihənin birinci mərhələsində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində 7 əsas muğam – “Rast”, “Şur”, “Segah”, “Cahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Hümayun” səslənib. 7 əsas muğamın təqdimatında Xalq artisti Zabit Nəbizadə, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar müəllim Qəzənfər Abbasov, Əməkdar artist Sevinç Sarıyeva, Naxçıvan MR-in əməkdar artisti Ehtiram Hüseynov, xanəndələr Aytən Məhərrəmova, Hüseyn Məlikov, Mirələm Mirələmov, Ramiq Bayramov və başqaları iştirak ediblər.

Layihənin ikinci mərhələsinin  yeni təqdimatı 11 oktyabrdan başlayır və 27 dekabrda yekunlaşır. Bu çərçivədə  “Mahur-hindi”, “Bayatı-kürd”(11 oktyabr), “Orta Mahur”, “Rahab”(1 noyabr), “Bayatı-qacar”, “Şahnaz”(15 noyabr), “Qatar”, “Dəşti”, “Mirzə Hüseyn Segahı”(29 noyabr), “Xaric Segah”(6 dekabr) muğamları, “Heyratı”, “Mənsuriyyə”, “Qarabağ şikəstəsi”, “Osmanlı”, “Heydəri”, “Simayi-şəms”(13 dekabr), “Ovşarı”, “Arazbarı”(27 dekabr) kimi zərb muğamları səslənəcəkdir.

11 oktyabr saat 19:00-da  Beynəlxalq Muğam Mərkəzinin səhnəsində “Muğam axşamları”nda “Mahur- Hindi” və “Bayatı-Kürd”  muğamları ifa olunacaq. “Bayatı-Kürd” və Mahur –Hindi” muğamlarını Kamilə Nəbiyeva və Hüseyn Məlikov ifa edəcəklər.

 Konserti “Muğam” instrumental ansamblı müşaiyət edəcək. Ansamblın bədii rəhbəri Əməkdar artist  Sahib Paşazadədir.

 Biletləri şəhərin kassalarından və iticket.az saytından əldə etmək olar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!