MuğamMusiqiMədəniyyət

Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları”ı adlı layihəsi davam edir

Noyabrın 1-də Beynəlxalq Muğam Mərkəzində,Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə layihəsi olan “Muğam axşamları” adlı layihənin ikinci mərhələsinin növbəti konserti keçirildi.Konsertdə “Orta Mahur” və “Rahab” muğamları səsləndi.

       Muğamları xanəndələr,Televiziya Muğam Müsabiqəsinin iştirakçıları Məmməd Nəcəfov,Nisbət Sədrayeva və Gülnar Qüdrətli ifa etdilər.

       İlk olaraq səhnəyə Məmməd Nəcəfov çıxaraq “Rahab” muğamını,sonra isə Nisbət Sədrayeva və Gülnar Qüdrətli “Orta mahur” muğamını səsləndirdilər.

        Gecədə xanəndələri tarda “Muğam” instrumental ansamblının bədii rəhbəri,Əməkdar artist Sahib Paşazadə,kamançada Əməkdar artist Toğrul Əsədullayev,qanunda Əməkdar artist Çinarə Heydərova,udda Şəfa Kərimov,balabanda Azad Əliməmmədov,nağarada Emin Cəbrayılov müşayiət etdilər.

Xanəndələrin muğamlarla bərabər səsləndirdikləri xalq mahnıları da tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Noyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində,növbəti konsertdə”Bayatı-Qacar” və “Şahnaz”  muğamları səslənəcək.

Biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!