Beynəlxalq Muğam Mərkəzi və “Söz” layihəsi “İgidlərin sözü”nü təqdim edəcək
Beynəlxalq Muğam Mərkəzi şairə Nigar Həsənzadənin təşəbbüsü ilə həyata keçirilən “Söz” ədəbi layihəsi çərçivəsində “İgidlərin sözü” adlı proqram təqdim edəcək. Noyabrın 5-də reallaşacaq tədbirdə Vətən müharibəsi iştirakçıları, qazilər öz yaradıcılıq nümunələrindən şeirlər və esselər səsləndirəcəklər.
Layihə rəhbəri Nigar Həsənzadə bildirib ki, proqrama regionlardan olan qazilər də qatılacaq və bir çox bölgələrimizdən olan qazilərmiz qələmə aldıqları şeirlərini geniş kütləyə çatdırmaq imkanı qazanacaqlar. Bu şeirlər arasında döyüşlər zamanı qələmə alınan nümunələr də yer alır. Qazilərimizin qələmə aldıqları bədii nümunələrdə döyüş meydanında qəhrəmanlıq göstərərək şəhidliyə ucalan, qazi olan Vətən oğullarının ürək döyüntüləri, qəlb çırpıntıları var.
Tədbirdə Qarabağ müharibəsi zamanı lentə alınan videogörüntülər nümayiş olunacaq və hər kəs bu od-alov içindən çıxan igidlərin müharibədə, cəbhədə keçirdikləri hisslərlə tanış olacaq.
Qeyd edək ki, Vətən uğrunda canından, qanından keçən Vətən oğullarının bütün dünyaya səs salan bu Zəfərini yaşatmaq üçün gözəl təşəbbüslərdən olan “İgidlərin sözü “ proqramı Vətəni azad edən igidlərimizi həm də yaradıcılıq rakursundan tanıdacaq.