MusiqiMədəniyyət

Beynəlxalq Muğam Mərkəzi yeni möhtəşəm layihə təqdim edir

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Muğam axşamları” adlı yeni möhtəşəm layihəyə start verir. Layihədə 16 maydan 30 iyunadək  Azərbaycan muğamları: Rast, Şur, Segah, Çahargah, Bayatı-Şiraz, Şüştər və Hümayun muğamları tanınmış muğam ifaçıları tərəfindən ifa ediləcəkdir. Layihənin ilk konserti  “Rast” muğamının ifası ilə  16 may tarixində saat 19:00-da olacaqdır. Konsertdə  xanəndələr Aqil Məlikov – əməkdar incəsənət xadimi, Sevinc Sarıyeva – əməkdar artist, Ehtiram Hüseynov – Naxçıvan MR-in əməkdar artisti,  Mirələm Mirələmov, Aytən Məhərrəmova, Hüseyn Məlikov   “Rast” ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa edəcəklər. Ansamblın bədii rəhbəri Xanlar Cəfərovdur.

Layihənin informasiya dəstəyi  Azərtac, Mədəniyyət kanalı, Azərbaycan radiosu,“Baku” jurnalı.

Layihə çərçivəsində ilk konsert 16 may saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir.  Biletləri şəhərin kassalarından, Asan xidmət mərkəzlərindən və iticket.az saytından əldə etmək olar. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!