MusiqiMədəniyyət

Beynəlxalq Muğam Mərkəzində Adil Bağırovun 80 illik möhtəşəm yubileyi keçirildi

Dünən Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Xalq artisti, ”Şöhrət” ordenli, Prezident təqaüdçüsü, “Xatirə” xalq çalğı alətləri ansamblının bədii rəhbəri Adil Bağırovun 80 illik yubileyinə və 60 illik sənət fəaliyyətinə həsr olunmuş konsert keçirildi.

 Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət kanalı, Azərbaycan radiosu və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə təşkil olunmuşdu.

Əməkdar artist, aktyor, bədii qiraətçi  Azad Şükürov tarzənin Azərbaycanın musiqi mədəniyyətində , tar ifaçılığı sənətində, “Xatirə” ansamblındakı fəaliyyətindən danışdı.

Tarzən Əhsən Dadaşovun yaratdığı “Xatirə” xalq çalğı ansamlına 1976-cı ildən indiyədək Xalq artisti Adil Bagırov rəhbərlik edir. Videoçarx  vasitəsilə tarzənin müxtəlif sənətkarları müşaiyət etməsi diqqətə çatdırıldı.

 Gecədə Mədəniyyət kanalının direktoru Ramil Qasımov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Milli Konservatoriyanın rektoru Xalq artisti Səyavuş Kərimi  Adil Bağırov haqqında öz xatirələrini  bölüşdülər.

Tədbirin bədii hissəsində “Xatirə” xalq çalğı alətləri ansamblının müşaiyəti ilə  Əməkdar artistlər Təyyar Bayramov,Almaz Orucova,Zakir Əliyev,xanəndələr  Sərxan Bünyadzadə, Abgül Mirzəliyev, Aytən Məhərrəmova, Elnur Zeynalov  və Kamilə Nəbiyeva çıxış etdilər.

Gecədə Firəngiz Babayeva, Emin Sabitoğlu, Qəmbər Hüseynli, Ramiz Mirişli, Arif Babayev,Oktay Rəcəbov, Əlibaba Məmmədov, Cahangir Cahangirov və digər bəstəkarların musiqiləri səsləndi.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!