MusiqiMədəniyyət

Beynəlxalq Muğam Mərkəzində Baku Brass ansamblının konserti keçirildi

Beynəlxalq Muğam Mərkəzində Baku Brass nəfəs alətləri  ansamblının konserti keçirildi. Mərkəzdən bildirlib ki, ansamblın tərkibində Əməkdar artist Sirus Məmmədov (truba), əməkdar artist Rövşən Quliyev (truba), əməkdar artist Andrey Sabayev (valtorna),əməkdar artist Əli Hacıyev (tuba), Kamal Tapdıqov(trambon), Ucal Məmmədxam (zərb alətləri) çıxış edirdilər. Konsertdə həmçinin solistlər Vəli Budaqov (klarnet), Leyla Əliyeva (vokal) iştirak edirdilər. Baku Brass ansamblı 2005 ci ildən fəaliyyət göstərir. Ansamblın  üzvləri  Ü. Hacıbeyli adına Azərbaycan Dövlət  Simfonik  Orkestrinin solistləri, bir çox beynəlxalq, eləcə də respublika müsabiqələrinin laureatlarıdır.

Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri, məhşur filmlərin soundtrekları səsləndi. Konsertin sonuncu nömrəsində Ü. Hacıbeylinin “Koroğlu” operasının  final musiqisi səsləndi.

Musiqi həvəskarları ansamblın ifasında klassik, caz və gözəl musiqi nömrələri dinlədilər. Konsert gur alqışlarla başa çatdı. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!