EventsMuğamMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində “Göyərçin qanadları” filmi təqdim edilib

Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində “Muğam və Mənəviyyat” adlı layihəsi çərçivəsində “Göyərçin qanadları” filminin təqdimatı olub.

Frame.az xəbər verir ki, təqdimat mərasimi “Mədəniyyət” kanalı və Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Gecədə Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru Sənubər Bağırova çıxış edərək filmlə bağlı fikirlərini bölüşüb. O deyib ki, “Çahargah” dəsgahı ekranlaşdırılaraq dinləyicilərin ixtiyarına verilib. Filmdə “Könül” ansamblının rəhbərliyi ilə tanınmış xanəndə Fəraməz Gərmrudi “Cahargah” muğamını ifa edib. F.Gərmrudi hər bir ifası ilə muğam sənətinin inkişafına və yaşamasına xidmət edən sənətkarlardandır. “O, Azərbaycancada 10 illik sənət fəaliyyəti müddətində çox işlər görüb. Hər bir sənət hadisənin mərkəzində bir şəxsiyyət dayanır. Fəraməz Gərmrudi yaradıcı şəxsiyyəti olan insandır. O, həm şair, həm bəstəkar, həm də ifaçıdır. Onun sənətində güclü səmimiyyət hiss edilir. Sənətkarın iştirakı ilə təqdim edilən filmdə qəzəl mədəniyyəti çox güclüdür. Filmdə musiqi ilə sözün vəhdəti insana çox böyük təqsir edir. Belə bir layihənin ərsəyə gəlməyinə görə bütün kollektivi təbrik edirəm”, – deyə Sənubər Bağırova söyləyib.

Tədbirdə Xalq artistləri Arif Babayev və Ağacəbrayıl Abasəliyev çıxış edərək layihənin əhəmiyyətindən danışıblar. Fəraməz Gərmrudinin təşəbbüsü ilə reallaşan işin böyük əhəmiyyət kəsb etdiyini qeyd edən natiqlər onu təbrik edib, yeni yaradıcılıq axtarışlarında uğurlar arzulayıblar.

Qeyd edilib ki, bu iş üçün böyük zəhmət çəkilib və film olduqca mükəmməl alınıb. Filmdə çıxış edən ifaçıların əməyini yüksək qiymətləndirən sənətkarlar ekran əsərinin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.

Sonra film təqdim olunub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!