MusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində hind musiqisi uğurla səsləndi

Beynəlxalq Muğam Mərkəzində 15 avqust tarixində Hindistanın müstəqilliyinin 70-ci ildönümü qeyd olundu. İlk olaraq səhnəyə səfir Sanjay Rana çıxaraq Hindistan və Azərbaycan arasında yaxın dostluq münasibətlərinin mövcud olduğunu və əməkdaşlığın iqtisadi, siyasi, sosial, humanitar, mədəniyyət və təhsil kimi bütün sahələrdə gündən-günə möhkəmləndiyini qeyd etdi. 1991-ci ildə Hindistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr arasında idi. Bu il Hindistan və Azərbaycan diplomatik münasibətlərininqurulmasının 25 illiyini Hindistan-Azərbaycan ‘Dostluq Festival’-ı çərçivəsində hər iki ölkədə təşkil olunan bir sıra mədəni tədbirlərlə qeyd edir.

Səfir çıxışının sonunda tədbirlərin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Hindistan-Azərbaycan Assosasiyasına təşəkkürünü bildirdi. Eyni zamanda Beynəlxalq Muğam Mərkəzinin əməkdaşlarınada tədbirin təşkilində göstərdikləri səyə görə minnətdarlıq etdi.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra bədii hissəsi başladı.  Gecədə tanınmış Kathak klassik rəqsi istedadlı ifaçılar Anupama Kauşik və Tullika Pal tərəfindən nümayiş olundu,  6-cı Televiziya Muğam Müsabiqəsinin Qranpri mükafatçısı Almaxanım Əhmədlinin ifasında isə Azərbaycan muğamları səsləndi. Gecədə bir çox ölkələrin fövqəladə və səlahiyyətli səfirləri, dövlət xadimləri iştirak edirdi. Gecə tamaşaçıların gur alqışları ilə başa çatdı.

Beynəlxalq Muğam Mərkəzi tamaşaçılarını gələcək aylarda da dünya etnik musiqiləri ilə Azərbaycan muğamının sintezindən ibarət “Etnik musiqi inciləri” adlı beynəlxalq layihələrlə sevindirəcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!