Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamlar”ı adlı möhtəşəm layihə davam edir
Beynəlxalq Muğam Mərkəzinin layihələrindən olan “Muğam axşamları” uzun müddətdir ki, muğamsevərlərin könlünü oxşayır.Xatırladaq ki,ötən mövsüm mayın 16-dan iyunun 30-na qədər layihə çərçivəsində tanınmış muğam ustalarının və gənc xanəndələrin ifasında “Rast”,”Şur”,”Segah”,”Çahargah”,”Bayatı-Şiraz”,”Şüştər”, ”Hümayun” muğamları ifa edilmişdir.
Noyabrın 29-da saat 19:00 –da Beynəlxalq Muğam Mərkəzində, “Muğam axşamları” layihəsi çərçivəsində“Dəşti”,”Qatar”,”Mirzə Hüseyn Segahı” səslənəcək.
Gecədə Əməkdar müəllim Qəzənfər Abbasov və V Televiziya Muğam Müsabiqəsinin iştirakçısı Ülviyyə Məmmədzadə “Mirzə Hüseyn Segahı” ni, tanınmış xanəndə Nasir Ətəpur “Dəşti” muğamını, müxtəlif illərdə keçirilmiş Televiziya Muğam Müsabiqəsinin iştirakçıları Nüsabə Kərimli və Gülnar Qüdrətli “Qatar” muğamını ifa edəcəklər.
Xanəndələri “Buta” instrumental ansamblı müşayiət edəcək. Ansamblın bədii rəhbəri tarzən Rövşən Qurbanovdur.
Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az (online) saytından əldə etmək olar.
Frame.az