Beynəlxalq Muğam Mərkəzində “Nəqşi cahan sədası”adlı konsert keçirildi
Noyabrın 11- də Beynəxlaq Muğam Məkrəzində Naxçıvan Muxtar Respublikasının musiqiçilərindən ibarət “Nəqşi cahan sədası” adlı konsert keçirildi.
Gecədə NMR – nın Əməkdar artisti Ehtiram Hüseynov,Əməkdar artistlər Tural Nəcəfov,Zülfüqar Mahmudov,Naxçıvan Dövlət Uşaq Filarmoniyasının solisti Təyyar Mədətli,Həsən Babayev,Ələkbər Sadıqov,Əli Mehrəliyev, IV televiziya muğam müsabiqəsinin qalibi Sərxan Bünyadzadə, Ataxan Quliyev, Naxçıvan Dövlət Filarmoniyasının solisti Nərmin Hüseynova, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Rəna Mehrəliyeva çıxış etdilər.
Konsertdə xanəndələr “Qarabağ şikəstəsi”ni,”Şahnaz”muğamını, “Sarı gəlin”, “Gül açdı”, “Şuşanın dağları” xalq mahnılarını, R.Mirişli “İlk sevgi”, S.Rüstəmov “Alagöz” mahnılarını səsləndirdilər.
İfaçıları Əbülfəz Məmmədovun rəhbərliyi ilə “Nəqşi cahan”muğam qurupu, konsertmeystr Ağabəy Qurbanov(tar),Nurlan Nuriyev(kamança),Fərid Babayev (bəm kamança),Rauf Bayramzadə (ud), Nihad Quliyev(balaban),Ziya Fətullayev(piano),Günel Fərəcova(qanun),Murad Əliyev(bəm tar),Nəcəf Hacılı(nağara) müşayiət edirdilər.
Gecədə tanınmış elm xadimləri, musiqiçilər iştirak edirdilər.
Noyabrın 14- də saat 19-00 da Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində tarzən Həmin Vəkilovun yaradıcılıq gecəsi keçiriləcək.
Biletləri şəhərimizin kassalarından,”ASAN” xidmət mərkəzlərindən və online itikcet.az saytından əldə etmək olar.
Frame.az