MusiqiMədəniyyət

Beynəlxalq Muğam Mərkəzində ozanların ifasında İrfan türküləri səsləndi

Beynəlxlaq Muğam Mərkəzində Türk  sufi-ozanlarının konserti keçirildi. Konsertdə Hüseyn Albayrak və Ali Rıza Albayrak  tamaşaçılar qarşısına tükr musiqisinin əsas qollarından sayılan İrfan musiqi ilə çıxış etdilər. İlk olaraq səhnəyə aparıcı çıxdı. O, tamaşaçıları İrfan fəlsəfəsi ilə tanış etdi. Birdirdi ki, irfan musiqisi insanla təbiət barəsində bilavasitə rol oynayır. İrfan musiqisi dedikdə ruha birbaşa təsir göstərib, müxtəlif hallar yarada bilən bir musiqi nəzərdə tutulur.

 Yaradıcılığını irfan musiqisinə həsr edən sənətçilər  artıq 17 ildirki fəaliyyət göstəririlər. Universitet illərində  qrup “Nəfəs” adı ilə konsertlər vermiş və 2003 cü ildə ilk albomları – “Batıni Deyişlər” adlı albomlarını dinləyicilərə təqdim etmişlər.

Qeyd edək ki, konsertdə ifa olunan musiqilər Azərbaycan Sufi şairlərinin İ.Nəsiminin, Ş,İ, Xətainin  sözlərinə yazılmış nümumələr idi. “Mərhaba”, “Ey ərənlər”, “Bari Huda” “Məhəbbət bağında bir gül” “Aləmin Nuru” , “Gəl dərviş”, “Sabah Rüzgarı”, “Badi Səba” kimi musiqi nümunələri ilə tamaşaçılar qarşısında çıxış etdilər. İfa olunan bəstələrin bir çoxu Hüseyn və Alirıza Albayraq- a məxsusudur.

Konsert aşıq musiqi sevərlər tərəfindən maraqla qarşılandı.

Beynəlxalq Muğam Mərkəzində “Etnik musiqi inciləri” çərçivəsində 17 iyun Rumuniya musiqisi səsələnəcək. Musiqiçilər ilk dəfə bakıda çıxış edəcəklər. Konsertin bilətlərini şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!