Beynəlxalq Muğam Mərkəzində “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası oynanıldı
Fevralın 20-də Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” adlı birgə layihəsi çərçivəsində reallaşıb.
Tamaşa, Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənətUniversitetinin Dram teatrı və kino akyoru kafedrasının,Teatr sənəti fakültəsinin III kurs tələbələritərəfindən Mirzə Fətəli Axundovun “Sərgüzəşti–vəziri–xani–Lənkəran” tamaşası nümayiş olundu.
Böyük mütəfəkkir Mirzə Fətəli Axundov Azərbaycan ədəbi-mədəni fikir tarixində görkəmli dramaturq, incə ruhlu şair, dərin zəkalı filosof və realist nəsrin banisi kimi tanınmışdır. M.F.Axundovun Azərbaycan ədəbiyyatına gətirdiyi ən böyük yeniliklərdən biri milli dramaturgiyanın əsasını qoymasıdır. Ədib 1850-1855- ci illər arasında bir- birindən maraqlı altı komediya yazmışdır. Onun geniş şöhrət qazanmış əsərlərindən biri də “Sərgüzəşti-vəziri-xani-Lənkəran”(Lənkəran xanının vəzirinin sərgüzəştləri) komediyasıdır.
Sərgüzəşti-vəziri-xani-Lənkəran tamaşasında vəziri-Beyrək Rüstəmzadə, Şölə xanımı- Sona Novruzova, Ziba xanımı- Nərmin Hüseynova, Nisə xanımı- Şəfiqə Quliyeva, Ananı-MəhbubəQuliyeva,Teymur Ağanı- Ağaəli Kərimzadə, Xanı- Əbülfəz İsgəndərov, ərizəçiləri Xacə Məsudu Novruz Şahverdiyev, Müşfiq Məmmədov, Hacı Salah Rzanı- Orxan Məmmədov, Səlim bəyi- Emin Qiyaslı, Səməd bəyi- Nurlan Novruzzadə, Mehtər Kərimi- Tərlan Əliyev, rəqqasə obrazını isə Dilarə Rzayeva oynayıblar.
Kursun rəhbəri Əməkdar artist,professor Gülşad Baxşıyevadır.
Beynəlxalq Muğam Mərkəzində fevralın 23-də saat 19:00-da Əməkdar artist Lalə Məmmədovanın “Nəğməkar qız” adlı solo konserti keçiriləcək. Konsertdə Lalə Məmmədovanı Azərbaycan Televiziyasının Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı müşayiət edəcək.Ansamblın bədii rəhbəri Tariel Abbasovdur.
Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və İticket.az (online) saytındanəldə etmək olar.
Frame.az