“Beynəlxalq Muzeylər günü”nə həsr olunmuş tədbir keçiriləcək
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu Sizi 23.05.2017-cı il tarixində 18 may “Beynəlxalq Muzeylər günü”nə həsr olunmuş “Bakı (Qala) müharibədən sonrakı illərdə” adlı tədbirə dəvət edir! Tədbirdə müharibədən sonrakı illəri canlı əks etdirən bir-birindən maraqlı səhnəciklər Sizlərə həmin dövrün ab-havasını yaşadacaq. Retro maşınlarla gəzinti (müharibədən sonraki illərdə hərbi məqsədlər üçün istifadə olunan 2 abidəyə baxış və onlar haqqında qısa məlumat: keçmiş hospital və Hacı Ramazan məsçidi), zamanın axarında o illərin izlərini yaşadan tarixi abidələrə ziyarət, onlar haqqında ətraflı məlumat əldə etmək gününüzü unudulmaz edəcək. Həmin dövrün əsrarəngiz estrada mahnılarının sədaları altında müharibədən sonrakı dövrə aid talonlarla yeməklərdən dadmaq (isti təndir çörəyi, süd məhsulları, qutab, kabab) Sizə xüsusi zövq verəcək. Dress kod mütləqdir. “Rock-in-roll” la rəqs əyləncəli olacaq.
Əlaqə Tel: (012) 459-14-37
Bilet satışı mayın 15-nə qədər davam edəcək.
Tələsin! Yerlər məhduddur.
Biletin qiyməti bir nəfər üçün – 20 AZN təşkil edir.
Qiymətə nəqliyyat, əyləncə və yemək paketi daxildir. Frame.az