Bioloji aktiv qida məhsullarının qeydiyyat prosesi elektronlaşdırılır
Qida Təhlükəsizliyi Agentliyinin “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemində (http://aqtis.afsa.gov.az) “Bioloji aktiv qida məhsullarının qeydiyyatı” modulunun tətbiqinə başlanılıb.
Ölkədə bioloji aktiv qida məhsullarının istehsalı, idxalı və dövriyyəsi ilə məşğul olan sahibkarlar bu məhsulların qanunvericiliyə uyğun qaydada qeydiyyata alınması üçün müraciətlərini həmin modul vasitəsilə Agentliyə ünvanlaya, eyni zamanda qeydiyyat prosedurunun mərhələləri üzrə müraciətlərinin icra vəziyyətini izləyə bilərlər.
Qeyd edirik ki, 2024-cü il 13 mart tarixindən etibarən *1545* adda məhsul qeydiyyata alınaraq Qida Təhlükəsizliyi Reyestrinə daxil edilib. Qeydiyyat müddəti *5* ildir.

