Idman

Bir aylıq həyəcanın sonu

1).Rumıniya: Turnirin aşılış oyununda “Fransa” millisi ilə qarşılaşan “Rumıniya” millisi matçın sonlarında buraxdıqları qolla heç-heçeni əldən verdi. İkinci matçında “İsveçrə” ilə matçda isə qalib müəyyənləşmədi tərəflər 1 hərəyə qol vurmaqla aktivlərinə 1 xal əlavə etdilər. Sonuncu matçda isə Rumınlar qrupun autsayderi “Albaniya” millisinə yenilərək qrupu axırıncı pillədə başa vurdu.”Rumıniya” millisi turnirin favoritlərindən hesab olunmasa da, qrupu sonuncu pillədə başa vurması yığmanın uğursuz bir turnir keçirtdiyini əminliklə demək mümkündür.

2).İsveçrə: “İsveçrə” yığma komandası ilk oyununda qrupun ən zəif millisi sayılan “Albaniya” millisinə minimal hesabla qalib gəlməyi bacardı.İkinci matçında “Rumıniya” millisi ilə 1:1 bərabərə qalaraq xallarını 4-ə çatdırmış oldu. Sonuncu matçında ev sahibi “Fransa” millisi ilə oyunda qolsuz bərabərə qalan “İsveçrə” millisi 5 xalla qrupda 2-ci pilləni tutaraq 1/16 final mərhələsində “Polşa” millisi ilə qarşılaşdı. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdı. Əlavə vaxtda hesab dəyişmədi və penalti zərbələrinə ehtiyac duyuldu. Burada daha dəqiq olan tərərf “Polşa” millisi idi. Beləcə “İsveçrə” millisi turniri başa vurmaq məcburiyyətində qaldı. 1/8 final mərhələsində mübarizəni dayandıran “İsveçrə” millisinin çıxışını qənaətbəxş hesab etmək olar.

3).Albaniya: İlk oyununda “İsveçrə” millisinə 0:1 hesabı ilə yenilən Albanlar ikinci matçında 1 xalı son dəqiqələrdə əldən verərək “Fransa” millisinə 0:2 hesabı ilə məğlub oldu.Son oyununjda isə gözlənilmədən “Rumıniya” millisinə minimal hesabla qalib gəldilər , lakin bu qələbə “Albaniya” millisini 1/8 final mərhələsinə çıxartmadı. Qrupun ən zəif yiğması hesab olunan “Albaniya” millisi qrupu 3-cü pillədə başa vurdu.

4). Fransa: Ev sahibi “Fransa” millisi turnirin əsas favoritlərindın biri hesab olunurdu. İlk oyununu “Ruminiya” millisi ilə keçirən Fransızlar çətinliklə də olsa son dəqiqələrdə vurduqları qolla turnirə qələbə ilə baçladılarş İkinci oyunda “Albaniya” millisini 2:0 hesabı ilə məğlub edən Fransızlar 2 oyuna maksimum xal topladı. Qrupun sonuncu 3-cü oyununda “İsveçrə” millisi ilə bərabərə qalaraq qrupu 1-ci olaraq bitirdi. 1/8 final mərhələsində “Fransa” milisinin rəqibi “İrlandiya” ilə üzləşdi. Bu oyunda ev sahibi hesabda yenik duruma düşsədə matçda geri dönüş edə bildi Griezman’ın dublu komandasını növbəti mərhələyə çıxartdı. 1/4 final mərhələsində rəqib turnirin sürpriz yığma komandası “İslandiya” millisi idi. “Fransa” millisi bu oyunda 5:2 hesabı ilə rahat qələbə qazandı. Yarımfinalda rəqib son Dünya Çempionu “Almaniya” millisi idi. Khedira,Hummels və Mario Gomes kimi aparıcı futbolçuların olmaması Almanların oyununa təsir etməyə bilməzdi . Griezmann bu oyunda da matça damğasını vurdu və onun dublu sayəsində “Fransa” millisi finala vəsiqə qazandı. Finalda rəqib Cristiano Ronaldo’lu “Portuqaliya” idi. Final oyununun favoriti “Fransa” millisi olsada oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatdı 108- ci dəqiqədə səhnəyə əvəzetdmədən meydana daxil olan Eder çıxdı Lloris’in qapısına yol tapan Eder “Portuqaliya” millisinə Avropa Çempionluğu gətirən qolun müəllifi oldu. İngiltərə: Turnirin favoritlərindən sayılan

5).“İngiltərə” yığma komandası 5 xal tolayaraq qrupu 2-ci olaraq tamamladı. 1/8 final mərhələsində sürpriz şəkildə “İslandiya” millisinə 1:2 hesabı ilə yenilərək turnirlə vidalaşmaq məcburiyyətində qaldı. Olduqca sönük matçlar keçirən “İngiltərə” millisinin turnirlə belə erkən vidalaşması təəccüb doğurmadı.

6).Uels: Gareth Bale-in liderlik etdiyi “Uels” yığma komandası turnirə qələbə ilə başladı. Qrupdakı son matçında “Rusiya” millisini darmadağın edən “Uels” qrupu 6 xalla lider olaraq qapadı. 1/8 final mərhələsində “Şimali İrlandiya” millisini rəqibin öz qapısına vurduğu qol sayəsində minimal hesabla qalib gəldilər. 1/4 final mərhələsində rəqib güclü “Belçika” idi lakin “Uels” millisi 0:1 hesabı ilə məğlub durumda olmasına baxmayaraq hesabı öz xeyrinə dəyişməyi bacardı . 3:1 hasabı ilə qalib gələn “Uels” millisini yarımfinalda Cristiano Ronaldo’lu “Portuqaliya”gözləyirdi. Ramseyin cezalı durumda olaraq matçda iştirak edə bilməməsi“Uels”yığmasının oyununa ciddi təsir etdi nəticədə “Portuqaliya” 2:0 hesabı ilə qalib gələrək finala çıxdı “Uels” isə mübarizəni dayandırmaq məcburriyyətində qaldı. Tarixində ilk dəfə Avropa Çempionatında çıxış edən yarımfinala qədər irəliləyən “Uels”yığmasının çıxışını uğurlu hesab etmək olar.

7). Rusiya: Qrupun ilk matçında “İngiltərə” millisindən son dəqiqədə vurulan qolla bir xal qoparan “Rusiya” millisi ardınca həm “Slovakiya” həm də “Uels” millisinə məğlub olaraq qrup sonuncusu oldu.

8). Slovakiya: Slovaklar ilk oyunda “Uelsə məğlub olsalarda son iki matçında 4 xal toplayaraq qrup 3-sü oldu və 1/8 finala vəsiqə qazandı. Bu mərhələdə “Slovakiya” yığma komandasını Dünya Çempionu “Almaniya” gözləyirdi. “Almaniya” millisinə qarşı oyunda açıq-aşkar hər komponentdə geri qalan “Slovakiya” hesabda da geri qaldi və 0:3 hesabı ilə oyunu məğlub başa vurdu.

9).Almaniya: Son D.Ç-nu turnirə 2:0-lıq “Ukrayna” üzərində qələbə ilə başladı. İkinci matçında “Polşa” ilə qolsuz bərabərliyin ardından “Şimali İrlandiya” yığma komandasını Mario Gomes’in yeganə qolu sayəsində məğlub edərək qrupu lider olaraq tamamladı. 1/8-də rəqib “Slovakiya” yığma komandası idi 3:0 hesabı ilə rahat qələbə qazanan “Almaniya” növbəti mərhələdə “İtaliya” ilə ağır oyun gözləyirdi. 1:1 hesabı ilə başa çatan oyunda qalib 11 metrlik cərimə zərbələrindən sonra müəyyən olundu. Burada daha dəqiq oynayan Almanlar yarimfinala vəsiqə əldə etdi.Yarımfinalda rəqib ev sahibi “Fransa” millisi idi.Khedira,Hummels və Mario Gomes kimi aparıcı futbolçuların olmaması Almanların oyununa təsir etməyə bilməzdi. Griezmann’ın dublu “Almaniya” millisinin final arzusunu ürəyində qoydu.

10).Qrupu 7 xalla top buraxmadan ikinci sırada başa vuran “Polşa” 1/8 final mərhələsində oyunun əsas vaxtı 1:1 başa çatan oyunda İsveçrə’ni penalti seriyasında məğlub edərək növbəti mərhələyə keçdi.1/4-də rəqib “Portuqaliya” millisi idi bu matçda 1:1 başa çatdı ve 11 metrlik cərimə zərbələrinə ehtiyac duyuldu. Lakin bu dəfə “Polşa” millisinin penalti seriyasında üzü gülmədi 3:5.

11).Ukrayna: Qrupda hər 3 oyunu məğlub başa vuran “Ukrayna” millisini qol belə vura bilmədən turnirlə vidalaşdı.

12).Şimali İrlandiya: Qrupda yeganə qələbəsini “Ukrayna” millisi üzərində qazanan Şimali İrlandlar 1/8 final mərhələsində Uelsə 0:1 məğlub olaraq mübarizəni dayandırmaq məcburiyyətində qaldı.

13).İsveç: Zlatan İbrahimovic’in liderlik etdiyi “İsveç” millisi qrupda cəmi 1 xal toplaya bildi və qrupu sonuncu yerdə başa vurdu.

14). İrlandiya: “İrlandiya” qrupu 4 xalla üçüncü yerdə başa vuraraq 1/8 finala vəsiqə qazandı. Burada rəqib isə güclü “Fransa” millisi idi. 1:0 hesabı ilə irəlidə olmasına baxmayaraq İrlandlar Grizmann’ın dubluna mane ola bilmədi və nəticədə 1/8 final mərhəsində Euro-ya əlvida dedi.

15).Belçika: İlk matçda “İtaliya” millisinə məğlub olan “Belçika” toparlanmağı bacardı və digər 2 matçda “İrlandiya” və “İsveç” millisinə qalib gələrək qrupu 2-ci sırada başa vurdu. 1/8 final mərhələsində “Macarıstan” yığmasını 4:0 hesabı ilə rahat keçən Belçikalılar 1/4 final mərhələsində “Uels” millisi ilə matça ağır itkilərlə çıxmalı oldu. Əsas mərkəz müdafiəçilərinin zədəli olması öz sözünü dedi. “Belçika” millisi hesabda 1:0 öndə olmasına baxmayaraq müdafiədə kobud səhvlərlə yadda qaldı və nəticədə meydanı 1:3 hesablı məğlub tərk etdi. Heyətində Hazard ,Kurtua ,Vitsel, Karrasko, Lukaku, Nainggolan ,Vermalen ,Fellaini, Benteke kimi futbolçulara sahib olan turnirin əsas favoritlərindən hesab olunan “Belçika” millisinin 1/4 final mərhələsində mübarizəni dayandırması milli komandanın çıxışının uğursuz olduğunu deməyə əsas verir.

16). İtaliya: Turnir öncəsi zədələnən Verrati Montolivo yığmaya Euro-da kömək edə bilmədi.O qədər də güclü heyəti olmayan “İtaliya” millisi ilk oyunda Belçika” ilə üzləşmişdi. Conte’nin tapşırıqlarını dəqiq yerinə yetirən futbolçular güclü rəqibini 2:0 hesabı ilə məğlub etdi. İkinci oyunda “İsveç” yığmasını da məğlub edərək qrupdan ilk pillədə çıxmasını rəsmiləşdirdi. 1/8 final mərhələsində rəqib güclü “İspaniya” millisi idi. Lakin Conte’nin yetirmələri İspanlara da hec bir şans vermədi. 1/4 final mərhələsində “Almaniya” millisi ilə üzləşən “İtaliya” 1:0 yenik durumda olmasına baxmayaraq hesabı sona yaxın bərabərləşdirməyi bacardı.Oyun sonrası penalti zərbələrində isə son D.Ç-nu “Almaniya” millisi gülən tərəf oldu. O qədər də güclü heyətə malik olmayan “İtaliya” millisinin Avropa Çempionatı’nda xoş təsir bagışladını deyə bilərik.

17).Xorvatiya: Qrupda güclü “İspaniya” millisinidə məğlub etməyi bacaran Xorvatlar 7 xal toplayaraq qrup lideri oldular. Lakin 1/8 final mərhələsində “Portuqaliya” millisinin 117-ci dəqiqədə Quaresma’nın vurduğu qola əngəl ola bilmədilər və turnirlə vidalaşmaq məcburiyyətində qaldılar.

18) Qrupu “Xorvatiya” millisinin ardından 2-ci sırada bitirən “İspaniya” növbəti mərhələyə vəsiqə qazandı.Lakin 1/8 final mərhələsində “İtaliya” səddini aşa bilmədi və turnirlə vidalaşdı.

19) Türkiyə: Çox sönük futbol nümayiş etdirən Fatif Terim’in öyrənciləri ilk 2 matçda məğlub oldu. Yalnız son oyunda özünə gələn Türklər Çexiya’nı məğlub etsələr də bu heç nəyi dəyişmədi və “Türkiyə” yığması turnirlə vidalaşdı.”Türkiyə” yığmasının “Rusiya” və “Ukrayna” millisi ilə bərabər A.Ç-nın ən zəif yığmalarından olduğunun əminliklə söyləmək olar.

20).Çexiya: Cəmi 1 xal toplaya bilən “Çexiya” qrupda son yeri tutdu və mundialla vidalaşdı.

21).İslandiya: Debütant “İslandiya” millisi yenilmədən qrupda ilk pilləni tutaraq hamını heyran etdi. 1/8 final mərhələsində “İngiltərə” millisini də məğlub edərək adından söz etdirməyi bacaran İslandlar’a 1/4 final mərhələsində dur deyən ev sahibi “Fransa” millisi oldu.Tarixində ilk dəfə belə mötəbər turnirdə iştirak edən “İslandiya” millisi çox xoş tə’sir bağışladı.

22).Avstriya: David Alaba’nında çıxış etdiyi “Avstriya” yığma komandası ümidləri doğrultmadı və o qədər də güclü hesab olunmayan qrupda yalnız sonuncu 4-cü yerdə tuta bildi.

23) Macarıstan: Macarlar F qrupunu 2-ci sırada bitirərək 1/8 fianl mərhələsinə vəsiqə qazandı. Lakin burada onları güclü “Belçika” ilə oyun gözləyirdi. Bu matçda ağır məğlubiyyətə uğrayan “Macarıstan” millisi turnirlə vidalaşdı.

24). Portuqaliya: Cristiano Ronaldo’lu “Portuqaliya” millisi turnirə yaxşı başlamadı və ilk matçındaca xal itkisinə məruz qaldı. Sonrakı matçlarda “Portuqaliya” millisinin “Avstriya” və “Macarıstan” millisini rahat yenecəyi gözlənilsədə bu baş vermədi. Fernando Santos’un yetirməli qrupdakı hər 3 matçı heç-heçə başa vurdu və qrupu 3-cü olaraq tamamladı. 1/8 final mərhələsində Quaresma’nın əlavə edilmış dəqiqələrdə “Xorvatiya” millisinin qapısına yol taparaq növbəti mərhələyə keçdi.1/4 final mərhələsində də “Portuqaliya” “Polşa” ilə heç-heçə oynadı. Bu dəfə Portuqallar penalti seriyasında sevinən tərəf oldu.Yarımfinalda rəqib”Uels” yığma komandası idi. “Portuqaliya” millisi ilk dəfə olaraq 90 dəqiqə ərzində qalib gəlməyi bacardı və finala vəsiqə qazandı.Finalda “Portuqaliya” millisinin rəqibi ev sahibi “Fransa” oldu. “Stade De France” stadionunda keçirilən final oyunu “Fransa” millisinin nisbi üstünlüyü ilə keçdi. Lakin 90 dəqiqə ərzində hesab açılmadı. 108- ci dəqiqədə səhnəyə əvəzetdmədən meydana daxil olan Eder çıxdı Lloris’in qapısına yol tapan Eder “Portuqaliya” millisinə Avropa Çempionluğu gətirən qolun müəllifi oldu.

Pərvin Bayramov

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!