“Bir Dilek Tut” filmi “Park Cinema”da!
“Park Cinema” kinoteatrlar şəbəkəsi fransız-türk rejissoru Meta Akkuşun “Bir Dilek Tut” filmini təqdim etməyə hazırlaşır. Filmin yayımı mayın 12-də başlayır.
Meta Akkuş üçün bu, ilk tammetrajlı bədii əsərdir. Bundan əvvəl o, bir sıra qısametrajlı filmlərlə, eləcə də iri şirkətlər üçün reklam çəkilişləri ilə yadda qalıb. Filmdə baş rolları Altan Erkekli və Vidan Atasever canlandırıb.
Filmin süjeti 11 yaşlı məktəbli Kaandan bəhs edir. Yaşadıqları yerdə çox gözəl və xoşbəxt bir həyatı olan Kaan bir gün ailəsinin İstanbula köçəcəyini öyrənir. Bu xəbər onu kədərləndirir.
Dostlarını və sevimli avarçəkmə komandasını tərk etmək istəmir. O, bir şey etməli və bu səyahəti dayandırmalıdır. Nəhayət bunun əllini xalasının ona hədiyyə etdiyi kitabda tapır. “Bir dilək tut” adı çəkilən kitab sayəsində necə dilək tutmaq olar, saflığın və gözəl qəlbli olmanın sirrini kəşf edir. Kitab ona başqa bir üfüqlər açır. Onun heç xəyal etmədiyi dünyanın qapısı açılır.