Bizim AşpazMədəniyyət

Bişkek şəhərində treninqlər keçirildi-FOTO-lar

10-14 aprel 2017-ci il tarixində Qırğızıstanın Bişkek şəhərində HoReCa (Hotel,Restoran,Catering) təşkilatı tərəfindən təşkil edilmiş tədbirdə ümumi hesabla 13 saat mühazirə treninqlər keçirilmişdir. Mühazirə-treninqlər restoran biznesi sahibkarları üçün təşkil edilmişdi. Mühazirə haqqında eşidənlər yalniz Qırğızıstandan deyil həm də Qazağıstandan gəlmişdilər.

Mühazirə başlayarkən ilk öncə Azərbaycan milli mətbəxi ilə bağlı film göstərildi və məlumat verildi. Mühazirələr aşağıdaki mövzulara əhatə edirdi:
1. “Restoran biznesində insan hisslərinin ekspluatasiyası”
2. “Restoran biznesində mətbəx və mədəniyyət”
3. “Milli xörəklərin modernizasiyası”
4. “Etnik restoranların yaradılması”

13 aprel tarixində nümayəndə heyətimiz Azərbaycanın Qırğızıstandaki səfiri cənab Hidayət Orucov tərəfindən qəbul olundu.

14 aprel tarixində Manas Universitetində tələbə və müəllimlərə “Azərbaycan mətbəx mədəniyyəti” mövzusunda mühazirə oxundu.

HoReCa tərəfindən keçirilən mühazirə-treninqlər ödənişli olduğu üçün qonorar əvəzinə 2 nəfərlik nümayəndə heyətimizin bütün xərclərini (təyyarə ilə yol, otel və yemək xərcləri) Qırğızıstan tərəfi ödədi.

May ayında keçiriləcək növbəti mühazirə-treninq barədə razılığa gəlindi.

Yeni mühazirə-treninqlərə görə qonorarın əvəzinə Qırğızıstan HoReCa 5 nəfərlik Azərbaycan komandasının Bakı – Alma-Ata – Bişkek – İstanbul – Bakı təyyarə xərclərini, Bişkekdə otel xərclərini, əlavə olaraq Azərbaycan milli mətbəx paradı üçün 200-300 nəfərin ziyafət xərclərini öz üzərinə götürdü.

Bu bizim nümayəndə heyyətinə həm də 4-5 may 2017-ci il tarixində Bişkekdə keçirilən Ümumtürk Kulinariya Çempionatında və geriyə dönərkən 6-8 mayda Türkiyənin İzmir şəhərində keçirilən Beynəlxalq kulinariya yarışlarında iştirak etməyə imkan verəcək. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!