MaraqlıMusiqi

Bitlz qrupu haqqında maraqlı faktlar

2012-ci ilə qədər Beatles qrupunun 2 milyarddan çox albomu satılıb.

Con Lennon qrupu 1957-ci ildə yaradır və adını Quarry men (Karyera işçiləri) qoyur. Sonra o qrupa Pol Makkartnini dəvət edir. Pol öz növbəsində Corc Harrisonu gətirir. Daha sonar isə zərbəçi Piter Besti Rinqo Starr əvəz edir. Qrup adını bir neçə dəfə dəyişir və bu adlar içində Johnny, the Moondogs (Ay köpəkləri), The Rainbows (Göy qurşaqları) və British Everly Brothers (Britaniya Everli qardaşları) da vardı.

The Beatles qrupunun son çıxışı 1966-cı ildə San-Fransiskonun Kəndlstik-park stadionunda baş verir.

Qrupun dörd üzvündən hər biri karyeralarının başlanğıcında Hamburqda honoreyaya yoluxurlar.

Qrup üzvlərindən ilk dəfə Rinqo baba olur. 1985-ci ildə onun tatiya Ceyn adlı nəvəsi dünyaya gəlir.

Con Lennon deyirdi ki o yalnız iki həqiqətə uyğun mahnı yazıb – Kömək!Həmişəlik Çiyələk Sahələri, çünki məhz bu mahnılar şəxsi təcrübə əsasənda yazılır.

Çarlz Menson hesab edirdi ki the Beatles qrupunun Helter Skelterhit mahnısının sözlərində gizli bir məna var. O inanırdı ki qrup bununla Armaqedon barədə bir xəbər vermək istəyirdi.

“Culiya” Lennonun tək ifa etdiyi yeganə mahnıdır. “Qara quş” (Blackbird) mahnısını is Pol MakKartni qrup tərkibində olarkən tək ifa edib.

Frenk Sinatra the Beatles qrupunun “Nə isə” (Something) mahnısını ən gözəl sevgi mahnısı hesab edirdi.

“Lüsi səmada almazlarla” (Lucy in Sky with Diamonds) mahnısı geniş müzakirələrə səbəb olmuşdu, çünki çoxları hesab edirdi ki mahnıda LSD narkotikindən bəhs olunur. Mahnının sözlərini yazan Lennon isə bu fikirləri qəti rədd edirdi.

Con Lennon Yoko Oni ilə 1969-cu ilin avqustunda ailə qurduqdan sonra öz ikinci adı olan “Uinston”-u “Ono” ilə əvəzləyir.

“Got to Get You into My Life” mahnısının qıza həsr edildiyi hesab edilsə də, sonradan MakKartni onun marihuana barədə yazıldığını bildirirdi.

1965-ci il avqust ayında the Beatles qrupunun üzvləri 35 dəqiqəlik çıxışlarına görə 90 000 dollar əldə edirlər.

BBC kanalı qrupun bir neçə mahnısını, o cümlədən “I Am the Walrus”, “Fixing a Hold”, “Lucy in the Sky with Diamonds” və “A Day in the Life” mahnılarını güman edilən narkotiklə bağlılıqlarına görə qadağan etmişdir.

Con Lennon 1980-ci il dekabr ayında öldürülür, Corc Harrison isə 2001-ci ildə ağciyər xərçəngindən dünyasını dəyişir. Pol MakKartni və Rinqo Starr isə hələ sağdırlar və öz musiqi karyeralarını davam etdirirlər.

2004-cü ildə RollingStone jurnalı the Beatles qrupunun üzvlərini bütün dövrlərin ən yaxşı musiqiçiləri adlandırır.

Qrup 1960-cı ildən 1970-ci ilədək mövcud olub. Pol MakKartni 1969-cu ildə müsahibə zamanı rəsmi olaraq qrupun dağıldığını etiraf edir. Bir qədər sonra, 10 aprel 1970-ci ildə o press-reliz buraxır.

Mark Devid Çepmen 1980-ci il 8 dekabr tarixində 5 dəfə atəş açmaqla Con Lennonu qətlə yetirir. O qətli törətdikdən sonra heç yerə getmir və Selincerin kitabını oxumağa başlayır.

Qrupun dağılması bir neçə faktorla əlaqələndirilir. Bunlardan biri mencer Brayan Epstaynın ölümü, Corc Harrisonun mahnıların müəllifi kimi çıxış etməsi, yaradıcılıqla bağlı fikir ayrılığı, Yoko Ono və s. göstərmək olar.

1962-ci ilin 1 yanvar tarixində qrup Decca səsyazma studiyasında dinləmə keçir və onları qəbul etmirlər. Səbəb kimi isə gitaralı qrupların artıq bir keçmiş olduğu göstərilir.

Corc Harrison müsahibələrinin birində bildirir ki, o “Jelly Babies” jelesini çox xoşlayır. Bundan sonra fanatlar hər dəfə konsert zamanı səhnəyə bu şirniyyatı atmağa başlayırlar.

Musiqiçilər Yunanıstanda böyük bir ada alıb orada səs-küylü fanatlarda uzaqda yaşamağı planlaşdırırlar. Qrup dağıldıqdan sonra isə o adanı satırlar.

Bob Dilan qrup üzvlərini marihuana ilə tanış edir. Pol MakKartni sonradan bu bitkinin qanuniləşdirilməsini açıq dəstəkləməyə başlayır.

“I Want You (She’s So Heavy” mahnısı 8 dəqiqə sürür amma yalnız 14 sözdən ibarətdir.

Con Lennon disleksiya və rəsmi qəbul edilən korluqdan əziyyət çəkirdi.

The Beatles tarixdə ən məşhur qrupdur, Elvis Presli isə ən məşhur müğənnidir.

The Beatles qrupunun solistləri “Üzüklər hökmdarı” filmində çəkilmək arzusunda idilər və rejissor kürsüsündə Stenli Kubriki görürdülər. 

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!