BMTİP-də unikal iş imkanı: dünyanın 60 ölkəsində dayanıqlı inkişafı sürətləndirmək üçün akselerator laboratoriyaları şəbəkəsinə start verilir
BMT-nin İnkişaf Proqramı (BMTİP) dünyanın üzləşdiyi problemlərə qarşı qeyri-ənənəvi və “yeni nəsil” həll yolları hazırlamaq üçün dünyanın ən geniş və ən sürətlə öyrənən qlobal akselerator laboratoriyası şəbəkəsinə start verir. Bu məqsədlə BMTİP dünyanın 60 ölkəsində akselerator laboratoriyaları təsis edir. Belə ki, Azərbaycan bu 60 ölkədən biri olaraq, eyni zamanda Müstəqil Dövlətlər Birliyi (MDB) və Avropa regionunun akselerator laboratoriyası olacaq 6 ölkə ofisi arasındadır. Bu ölkələrin hər birində BMTİP yeni növ istedadlar axtarır və yerli əhalidən ibarət yaradıcı şəxslər üçün möhtəşəm iş imkanı təklif edir.Bu məqsədlə, BMTİP dünyanın 60 ölkəsində ümumi hesabla 180 yeni iş vakansiyası elan edib, onlardan üçüən güclü namizədlərə BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisində işləmək imkanı qazandıracaq.
Vakansiyalar AccLab adlandırılacaq akselerator laboratoriyasında araşdırma üzrə rəhbər, eksperiment üzrə rəhbər və inkişaf problemlərinin həlli yollarının xəritələşdirilməsi üzrə rəhbər vəzifələri üzrədir. Maraqlanan şəxslər BMTİP-in elan etdiyi vakansiyalara 11 mart 2019-cu il tarixinədək müraciət etməklə Azərbaycanda milli inkişaf platformalarına töhfə vermək imkanı əldə edəcəklər.
Araşdırma, eksperiment və inkişaf problemlərinin həlli yollarının xəritələşdirilməsiüzrə heyətyeni fəaliyyətlərə təkan vermək arzusunda olan, yeni layihələr yazmaq, onları idarə etmək, yerli icmalarla birbaşa işləmək həvəsində olan şəxslərdən ibarət olacaq. Bununla yanaşı onlar beynəlxalq səviyyədə işləmək və qlobal şəbəkələrlə əməkdaşlıq qurmaq iqtidarında olmalıdırlar.
Yeni kəşf və araşdırmalara açıq olmaqla yanaşı, yeni vakansiyalar üzrə seçiləcək namizədlər vizual düşüncə vasitəsilə fikir və ideyalarını ifadə etməyə qadir olmalı, gözlənilməz və spontan kəşflərə açıq olmalıdırlar, məqsədləri qətiyyətlə təqib etməyi, zəruri olduqda, vəziyyətə tez adaptasiya olmağı və fəaliyyət istiqamətlərini vəziyyətə uyğun dəyişə bilməyi bacarmalıdırlar.
Namizədlər layihələrin idarə olunması sahəsində peşəkarlıq nümayiş etdirməlidirlər. Onlar, qərar qəbul etmə prosesində öz güclərinə əmin olmalı və müxtəlif idarəçilik modellərinin dinamikası ilə qarşılaşmaqdan çəkinməməlidirlər.
Akselerator laboratoriyasına qoşulacaq namizədlər, bir sözlə, hər şeylə maraqlanmalıdırlar, özləri isə həm də olduqca orijinal və əyləncəli bir insan olmalıdırlar. Onlar bir qədər entuziast, bir az da xəyalpərəst olamlıdırlar, bununla bərabər onlar strateji düşüncəyə malik istedadlı dizaynerlər olmalıdırlar. Akselerator laboratoriyasında çalışmaq istəyən şəxslərdən tələb olunur ki, onlar müxtəlif sistemləri başa düşsünlər, yaxşını, pisi və çirkini ayırd etmək qabiliyyətinə malik olsunlar, dəyişiklik yaratmaq üçün bürokratik maneələri qət edə bilsinlər. Onlar həmçinin mükəmməl rəqəmsal bacarıqlara malik olmalı və müasir texnologiyaları rahatlıqla idarə edə bilməlidirlər.
BMTİP-in akselerator laboratoriyasına qoşulmaq arzusunda olan şəxslər aşağıda göstərilən linklərə daxil olmaqla vakant yerlərə müraciət edə bilərlər.
Araşdırmalar üzrə rəhbər vəzifəsi üçün müraciət
Eksperiment üzrə rəhbər vəzifəsi üçün müraciət
Həll yollarının xəritələşdirilməsi üzrə rəhbər vəzifəsi üçün müraciət
Qeyd:
Vakansiyalar yalnız Azərbaycan vətəndaşları üçündür. Vakant yerlərə müraciət etmək istəyənlərin nəzərinə – yazılı və şifahi ingilis dili qabiliyyəti səlist olan şəxslər ancaqmüraciət etməlidirlər.
Akselerator laboratoriyaları haqqında:
BMTİP-in akseleratorlaboratoriyaları şəbəkəsi bilik, resurs və mütərəqqi təcrübələrə əsaslanan tərəfdaşlığı səfərbər etməklə bəşəriyyətin üzləşdiyi sosial inkişaf problemləri, o cümlədən yoxsulluq, ayrı-seçkilik, işsizlik, iqlim dəyişikliyi və texnoloji dəyişikliklərə qarşı olduqca çevik həll yollarını üzə çıxarmaq üçün yaradılır. Burada əsas məqsəd dəlil və təcrübə ilə dəstəklənən, ölkədaxili ehtiyacları nəzərə alan və beynəlxalq praktikaya əsaslanan həll yollarının sınanmasını və yayılmasını sürətləndirən yeni yanaşmalar təqdim etməkdir, ən əsası isə bütün bunları bir neçə il ərzində deyil, yalnız bir neçə ay ərzində ərsəyə çıxartmaqdır. Akselerator laboratoriyaları haqqında daha ətraflı laboratoriyanın rəsmi vebsəhifəsində oxuya bilərsiniz.
Frame.az